Sizin reklam burada

Buraxın, qoy getsin...

Baxış Sayı:415


Mahir Əmrəlinin İspaniya klublarının maraq dairəsinə düşməsi haqda xəbər çox sevindiricidi. Müştərilər lap primera yox, sequnda təmsilçiləri olsalar da belə! Avropanın ən güclü üç liqasından birində, özü də bu yaşda oynamaq hər kəsə nəsib olmayan xoşbəxtlikdi. Təkcə Mahir yox, həm də Azərbaycan premyer-liqası üçün. Mahir daha güclü komandalara qarşı oynamaqla fiziki, maliyyə planında və elə mənəvi cəhətdən də artıracaq, böyüyəcək, kamilləşəcək, özünün futbolçu dəyərini anlayacaq və bunun da məntiqi nəticəsi kimi Azərbaycan yığması rəqabətədavamlı futbolçu qazanacaq. Bu gedişi zəruri edən daha bir səbəb Mahirin ailədə yaşadığı problemlər, daha doğrusu, atası Anar bəy xanımından boşanandan sonra ortaya çıxan gerçəklikdi. Gəlin etiraf edək ki, Azərbaycan mentallığında belə ciddi olaydan sonra Mahir yaşda futbolçunun özünü büsbütün oyuna həsr etməsi, yaşıl meydandakı mübarizələrə yüzdəyüz köklənməsi çox çətin, hətta bəlkə də mümkünsüzdü.
Nəhayət, Mahir həm də ona görə getməlidi ki, ölkəmizin futbol çempionatı qitədə az-çox reklam olunsun. Axı məhz rəqib qapılarından keçirdiyi 16 topla son mövsümün bombardiri olub. Odu ki, “Qarabağ”ın bu illər ərzində Mahirə çəkdiyi xərclərin qarşılanması şərti ilə futbolçunu İspaniyaya buraxması çox gözəl, futbolçu, klub və Azərbaycan futbolu-yığması üçün optimal variant olardı. Təbii ki, İspaniya klublarının transfer istəyində nə dərəcədə ciddi olması da çox önəmli məqamdı.
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR