Sizin reklam burada

Obradoviç “Sumqayıt”ın strategiyasından razıdı

Baxış Sayı:340


“Gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdı”
U-21-in baş məşqçisi Milan Obradoviçin bugünlərdə hazırda Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın düşərgəsinə baş çəkdiyindən xəbəriniz var. Serb mütəxəssis “kimyaçılar”ın iki məşqini izləyib, U-21-ə cəlb olunan futbolçuların durumu ilə maraqlanıb. Ayxan Abbasovla da görüşən Obradoviç “ağ-göylər”in saytına açıqlama verib: “Bir neçə gün Türkiyədə oldum. Ankaranın Qızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21-in futbolçularının hazırkı durumunu öyrənmək idi. "Sumqayıt"a gəlincə, bu klubun iki məşqini canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərirlər. Bununla bağlı komandanın baş məşqçisi ilə də söhbətim oldu. Ümumilikdə futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. "Sumqayıt" olduqca intensiv və dinamik məşqlər edir, gənclər də özlərini maksimum şəkildə göstərməyə çalışırdılar. Burda məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan nələrisə öyrənməyə çalışırdılar. Bu komandada gənc futbolçuların sayı başqalarına nisbətən daha çoxdu və gənclərin ilk “11-lik” üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdı. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın əsas üzvünə çevrilməyə çalışmalıdılar.
Baş məşqçi Ayxan Abbasovla fikir mübadiləsi apardım. O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. Çünki "Sumqayıt"da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndi".
AFFA-nın rəsmi saytının dünən yaydığı xəbərə görə,
Milan Obradoviç və köməkçisi Vladimir Kozul iyulun 24-dən 28-dək “Sumqayıt”, “Zirə” və “Sabah”ın məşq prosesini və yoxlama oyunlarını izləyib, komandaların baş məşqçiləri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR