Sizin reklam burada

Nazim Süleymanov Çerçesovla görüşdü

Baxış Sayı:278

Nazim Süleymanov Çerçesovla görüşdü
Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov Rusiyada səfərdə olub. Süleymanov "Matç” telekanalının dəvəti ilə Rusiyaya gedib. O, telekanala müsahibəsində Avroliqanın 2-ci təsnifat mərhələsində keçirilən "Arsenal” - "Neftçi” oyunu ilə bağlı fikirlərini bildirib. Verilişdə Andrey Arşavin də iştirak edib.
Fürsətdən istifadə edən Nazim bəy Rusiya Futbol İttifaqında da olub. O, qurumun mənzil-qərargahında Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesovla görüşüb. Veteran hücumçu görüş barədə fikirlərini bölüşüb: "Çerçesovla söhbətdə bir sıra məqamları müzakirə etdik. "Arsenal” - "Neftçi” oyunu ilə bağlı fikirlərimizi dilə gətirdik. Bundan başqa, həm Azərbaycan, həm də Rusiya futbolunun indiki durumu ilə bağlı müzakirə apardıq. Problemləri sadaladıq, inkişaf yolları, uşaq futbolunun durumu ilə bağlı fikrilərimizi bildirdik. Hər iki ölkənin futbol ictimaiyyəti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin yolları barədə düşüncələrimizi bölüşdük. Hesab edirəm ki, Rusiya və Azərbaycanın futbol nümayəndələrinin görüşməsi ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətlidi. Ona görə də belə görüşlər intensiv olmalıdı”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR