FIFA referisi Əliyar Ağayev iyulun son günündə Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın 2019/20 mövsümü üçün hazırlıq kursuna qatılacaq. Üç gün davam edəcək hazırlıq prosesində UEFA-nın Elit və birinci kateqoriyaya daxil olan kişi, eləcə də qadın hakimləri iştirak edəcəklər. Kurs çərçivəsində bir qrup hakim videotəkrar (VAR) sistemi üzərində işləyəcək.
Ağayev bir müddət əvvəl UEFA tərəfindən yaradılan İstedad və Mentor proqramına daxil edilib.