“Neftçi”nin Avroliqadakı rəqibi “Arsenal” heyətinə yeni oyunçu qatıb. 21 yaşlı yarımmüdafiəçi Aleksandr Lomovitski icarə əsasında “topçular”ın şərəfini qoruyacaq. Aleksandr Moskva “Spartak”ının yetirməsidi. Paytaxt klubunun əvəzedicilərinin və “Spartak-2”nin heyətində 60-dan artıq oyun keçirib və 22 qol vurub. Xatırladaq ki, “Arsenal”ın debütantı “Spartak”ın heyətində əvəzedici heyətlər arasında ölkə çempionatının 2016/17 mövsümünün qalibi olub. Cinah yarımmüdafiəçisi ötən mövsüm moskvalıların əsas heyətində debüt edib. Vinger indiyə qədər Rusiya çempionatının elitasında 17 oyun keçirib. Onun “Arsenal”la icarə müqaviləsinin müddəti 2019/20 mövsümünün sonuna qədərdi.