Sizin reklam burada

Gör-götür dünyası və ya debütanta bənzəməyən “Arsenal”...

Baxış Sayı:613

Gör-götür dünyası və ya debütanta bənzəməyən “Arsenal”...
Dünya gör-götür dünyasıdı. Bütün başqa sahələrdə olduğu kimi, jurnalistikada da, klub işində də öyrənmək istəyən adamlar üçün qapı həmişə açıqdı. Əlbəttə, Azərbaycan klublarında mətbuatla əlaqələrə, avrokubok oyunlarında işin təşkilinə cavabdehlik daşıyanlar son illərdə xeyli kamilləşib. Məsələn, Rüstəm Allahverdiyevin “Neftçi”yə gəlişindən sonra bu klubun ictimaiyyətlə əlaqələri, təbliğatla bağlı addımları, sadəcə, göz oxşayır. Amma bu o demək deyil ki, rəqiblər bu mənada yerində sayır. “Arsenal”ın saytına nəzər salarkən bir məqam diqqətimi cəlb etdi. Bu klubun məhz Rusiya elitasının təmsilçisi olduğu, qitəmiqyaslı yarışların debütantı olmasına baxmayaraq, işlərin ən yüksək səviyyədə qurulduğu dərhal görünür. Bir-iki məqama baxaq. Tula klubunun mətbuat xidməti iyulun 19-da “Neftçi” ilə oyuna akkreditə üçün sifariş qəbuluna başlayır. Elanda xüsusi vurğulanır ki, “Arsenal”ın mövsümlük akkreditələri həmin gün keçərli olmayacaq. Həmkarlarımızdan xahiş olunur ki, sifariş-müraciətdə jurnalistin yazar, yoxsa fotomüxbir olduğu, oyundan sonra “mikst-zona”da işləyib-işləməyəcəyi göstərilsin. Klubun mətbuat xidməti oyuna maraq yüksək olduğuna görə hər KİV-dən ikidən artıq adamın qeydiyyat üçün müraciət etməməsini məsləhət görür. Daha bir maraqlı məqam: müraciət sayı çox olacağı təqdirdə idman üzrə ixtisaslaşan KİV-ə üstünlük veriləcəkdi. İndi də başqa bir maraqlı məqam: qeydiyyat üçün iyulun 22-si, saat 17.00-ı son tarix kimi göstərən mətbuat xidməti ertəsi saytda artıq qeydiyyatdan keçənlərin siyahısını açıqlayıb. Siyahıdan görünür ki, yazar kimi 35, fotoqraf kimi 18 həmkarımız qeydiyyatdan keçib. Hər kəsin ad-soyadı və təmsil etdiyi KİV göstərilib. Hər şey açıq-aydın və şəffafdı. Mənə qalsa, klublarımızın da bu təcrübədən yararlanması yaxşı olardı. Onda “Dəryaz”, “Qanun keşiyində” qəzetlərindən kimlərin avrokuboklar oyunlarında çalışmaq üçün qeydiyyatdan keçdiyini öyrənərdik ki, heç olmasa, adlarını yadımızda saxlayaq.
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR