AFFA idman jurnalistlərini sevindirdi
Həm oynadıq, həm də əyləndik
Dünən Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığıyla Milli Mətbuat Günü ilə bağlı ikihissəli tədbir keçirildi. 60-a yaxın idman jurnalistinin qatıldığı tədbirin ilk hissəsində AFFA-nın baş katibi Elxan Məmmədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla başda olmaqla 4 komandaya bolünərək futbol oynadıq. Firuz bəyin təklifi ilə kapitanlar – Gündüz Abbaszadə, Ceyhun Əliyev, Anar Xanlarov və bəndəniz heyətləri formalaşdırmaq yönündə seçim etməli oldu.
Hə biri 10 dəqiqə çəkən və iki hissədən ibarət olan qarşılaşmalardan sonra Ceyhun Əliyevlə Gündüz Abbaszadənin rəhbərlik etdiyi komandalar finala vəsiqə qazandı. Bəndənizin kapitanı olduğu kollektiv isə 3-cü yer uğrunda oyunda heyətində baş katibin də yer aldığı Xanlarovun komandasına qarşı oynamalı oldu. İlk yarı 3:0 hesablı qələbəmizlə yekunlaşdı. Ancaq fasilədən sonra Elxan bəyin heyətində yer aldığı komanda oyunda dönüş etməyi bacardı. Yekunda rəqib qələbə qazandı - 6:3. Finalda isə Ceyhun Əliyevin komandası Gündüz Abbaszadənin komandasını məğlub etdi.
Ardından AFFA-nın ziyafət masasının ətrafına toplaşdıq. Süfrə arxasında bir araya gələn həmkarlar yeyib-içməklə yanaşı, iş prosesində başlarına gələn maraqlı əhvalatları xatırladılar. Fürsətdən istifadə edib, tədbirə qatılan bəzi idman yazarlarının Milli Mətbuat günü ilə bağlı fikirlərini öyrəndim.
Gündüz Abbaszadə (CBC Sport): “Çox gözəl tədbir təşkil olunmuşdu. Həmkarlarım arasında elələri var ki, bəlkə də aylar idi onları görmürdüm. AFFA-nın təşkil etdiyi bu tədbir sayəsində bir araya gəldik, keçmiş günləri yada saldıq, gələcəklə bağlı müyyən müzakirələr apardıq. Bir sözlə, əla, yaddaqalan bir mərasim oldu. AFFA hər il Milli Mətbuat Günündə jurnalistləri yada salır, belə gözər tədbir təşkil edir ki, buna görə quruma təşəkkür edirik”.
İlkin Vaqifoğlu (sportino.az saytının baş redaktoru): “AFFA rəhbərliyi, doğrudan da, hər şeyi çox yüksək səviyyədə təşkil etmişdi. Mini turnir, ardınca idman yazarları üçün təşkil olunan ziyafət hamının ürəyincə oldu. Belə mərasimlərin əsas özəlliyi odu ki, müxtəlif mətbu orqanlarda, saytlarda çalışanlar ildə bir gün də olsa, hər şeyi unudub, bir masa arxasında əyləşirlər, il ərzində gördükləri işləri müzakirə edirlər. Buna görə AFFA-ya böyük təşəkkür düşür. Bu gün Azərbaycanda bir çox idman növləri üzrə federasiyalar fəaliyyət göstərir. Biz idman yazarları ən çox AFFA-nı tənqid atəşinə tutsaq da, bu gün bizi yada salan da məhz onlar oldu. Digər federasiyalar nədənsə idman mediasına laqeyd yanaşdı. Halbuki idman jurnalistləri gördükləri işin qarşılığında daha artığına layiqdilər”.
Elşən Məmmədov (report.az saytının idman departamentinin rəhbəri): “Çox gözəl bir gün yaşadıq. İstər turnir, istərsə də məclis qələm əhlinin ürəyincə oldu. Ola bilsin, başqa federasiyaların başı qarışıq olub və bu üzdən medianı yaddan çıxarıblar. Ancaq AFFA rəhbərliyi adətinə xilaf çıxmayaraq, idman yazarlarını unutmadı və bizə belə gözəl anlar yaşatdı”.
Sonda onu da qeyd edək ki, əvvəlki illərdən fərqli AFFA rəhbərliyi təkcə çempionu və mükafatçı yerləri tutan komandaların üzvlərini mükafatlandırmadı. Tədbirə qatılan bütün idman yazarlarına hədiyyələr təqdim olundu.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər