Gürcülərlə oyun təcrübəsiz hakimə tapşırıldı
Avropa Liqasının ikinci təsnifat mərhələsində Tiflis “Dinamo”su ilə qarşılaşacaq “Qəbələ” ilkin sifariş vərəqini UEFA-ya təqim edib. Siyahıda ümumilikdə 26 futbolçu yer alıb: qapıçılar - 1. Anar Nəzirov, 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov; müdafiəçilər - 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 74. Yusif Nəbiyev, 15. Vüsal Məsimov, 20. Faiq Hacıyev, 53. Xəyal Muradov; yarımmüdafiəçilər - 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov, 19. Rövlan Muradov, 21. Fernan Lopes, 77. Merab Qiqauri, 22. Rüstəm Nuruyev, 55. İdris İnqilablı, 99. Veysəl Rzayev; hücumçular - 9. Davit Volkov, 13. Kristian Kuaku, 14. Ülvi İsgəndərov.
Bu arada “Qəbələ” – Dinamo” oyununu idarə edəcək hakimlər briqadası müəyyənləşib. Ədalət təmsilçiləri Şotlandiyadandı. Baş hakim Nikolas Uolş olacaq. 29 yaşlı ədalət təmsilçisinin beynəlxalq arenada təcrübəsi o qədər də çox deyil. 2018-ci ildən FİFA hakimi dərəcəsini daşıyan Uolş bu günə kimi cəmi 6 beynəlxalq oyun idarə edib. Sonuncu dəfə Cəbəllütariq və Estoniya yığmaları arasında keçirilən yoxlama matçında fit çalan şotlandiyalı referi idarə etdiyi qarşılaşmalarda bir qırmızı vərəqə ilə yadda qalıb. Onu da meydan sahiblərinə göstərib. Sarı vərəqə üçün isə 28 dəfə əlini cibinə salıb. Bunlardan 17-si meydan sahiblərinin, 11-i qonaqların payına düşüb. Ona Alan Malvenni və Cordan Stoki kömək edəcək. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək. UEFA nümayəndəsi Mixalis Mitas (Cənubi Kipr), hakim-inspektor isə Qay Qutals (Belçika) olacaq.
Sonda onu da bildirək ki, “Dinamo” sabah səhər saatlarında çarter reysi ilə Qəbələyə gələcək. Elə həmin gün də hər iki komandanın baş məşqçiləri oyunöncəsi mətbuat konfransında media nümayəndələrinin suallarını cavablayacaq. “Göy-ağlar”ın çalışdırıcısı Feliks Visente 18.30-da mikrofon arxasına keçəcək, 19.00-da isə qonaqlar məşq üçün meydana çıxacaq ki, bunun da 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Sənan Qurbanov 19.30-da jurnalistlər qarşısına çıxacaq. Meydan sahiblərinin məşqi isə 20.00-a təyin olunub.
RƏŞAD

Son xəbərlər

“Şamaxı” “Sabah”a, “Sumqayıt” “Kəpəz”ə qarşı - YENİLƏNİR

Məşhur portal Bakı təmsilçisini erməni klubu olaraq göstərdi

Kadi qolunu yeni doğulan qızına həsr etdi - AÇIQLAMA

"Qarabağ" "Neftçi"yə belə qalib gəldi - VİDEO

Xarakterini dəyişməsə, yığmanın qapısı üzünə bağlanacaq - AÇIQLAMA

Sialmas “Qarabağ”ın Yunanıstanda uduzacağını düşünür

"Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu" - Qurban Qurbanov

"Bu oyun bizim üçün yaxşı dərs olmalıdı" - Regekampf

"İlk yarıda da qələbəni haqq edən biz idik" - Qara Qarayev

"Qəbələ" - "Hayduk" matçının biletləri satışa çıxarıldı

“Olimpiakos”da müdafiəçi problemi yaşanır

Novruz Əzimovun komandası məğlub oldu

De Byazi Azərbaycan futbol ictimaiyyətindən üzr istəməlidi - YAZI

UEFA Maksimi təbrik etdi

Türkiyə səfiri Azərbaycan derbisində

De Byazi təklifləri nəzərdən keçirir

“Real” 5 futbolçu ilə bağlı plan qurub

Futbolçu idi, basketbolçu oldu!

“Nant” – “Qarabağ” oyununa ən ucuz bilet 36 avrodu

Alleqri keçmiş xanımını məhkəməyə verib

“Neftçi” “davam” deyəcək, yoxsa... - KÖŞƏ

Oksleyd-Çemberleyn ziyana düşdü

Sneyderin Türkiyəyə gəlməsinin səbəbi bəlli oldu

"Ağdamlılar ikinci heyətlə oynayanda da qarşısıalınmazdı" - Hüseyn Məhəmmədov

Morata hamını arxada qoydu

Sentyabrın ən yaxşı oyunçusu seçildi

Oyuna saatlar qalmış Acun Şotanı qovdu!

Albon trassa qayıdır

Emin İmaməliyev "Qarabağ"ı Avropa səviyyəli klub adlandırıb "Neftçi"dən üstün hesab etdi

"Qarabağ"ın rəqibi sabiq futbolçusunu geri qaytardı

“Xərçəng”ə qurban getdi...

"Nant"ın qapıçısı "Qarabağ"la oyunda hansı səhvləri etdiklərini bilir

“Qarabağ” azarkeşi “Neftçi”nin daha da güclənməsini istəyir

"Neftçi" Belçika, Almaniya, Niderland klubları ilə qarşılaşacaq - VİDEO

Azərbaycanlı 3 boksçu Avropa çempionatının yarımfinalında

Şəhriyar FİDE reytinqində ilk "10-luğ"u tərk etdi

Azərbaycan derbisində kim üstündü? - TƏHLİL

Krivotsyuk oynadı, "Visla" qələbə qazandı

Mükafatlar "Mançester Yunayted"lilərə çatdı

Federasiya prezidenti naxçıvanlı boksçularla görüşdü

Millimizin üzvünün komandası qələbəni aon anda əldən verdi

"Qarabağ"ın rəqibində növbəti itki

Qurban Qurbanov şəhid övladını sevindirdi

MY de Yonqun transferində israrlıdı

Boksçumuz yarımfinalda

Bütün xəbərlər