Sizin reklam burada

İrlandiyalı azarkeşlər Bakı səfərinin planlarını cızır

Baxış Sayı:323

İrlandiyalı azarkeşlər Bakı səfərinin planlarını cızır
“Qarabağ”ı keçin, “Seltik”lə oynayaq”
“Qarabağ”ın Avroliqadakı rəqibi “Dandolk”un avrokuboklarda ciddi uğuru olmasa da, sadiq azarkeşləri var. Təkcə bir faktı – bazar günü biletlərin satışa çıxarılıb, bir neçə saatdan sonra bitdiyini yada salmaq kifayətdi. Bir başqa maraqlı məqam kimi “Riqa” ilə qarşılaşma üçün İrlandiyadan Latviyanın paytaxtına 200-ə yaxın fanatın yollandığını göstərə bilərik. Heç şübhəsiz, Bakıya da gələcəklər və sayları 50-dən az olmayacaq. Klubun “feysbuk” səhifəsindəki xəbərlərə şərh yazan irlandiyalı futbolsevərlər meydanda yaşananlardan çox oyunətrafı amillərdən bəhs edirlər.
Danny Cespedes: “İyulun 31-də Bakıda olmaq istəyən dostlar, diqqətlə oxuyun. Azərbaycanda dostum var, paytaxtdakı otellərdən birinin sahibidi. O bizi ölkəsinə dəvət edir. Üstəlik, hava limanından mehmanxanaya transfer də etdirəcək. Stadionla otel arasındakı məsafə cəmi 20 dəqiqədi. Kimə maraqlıdısa, mənə mesaj yazsın. Həmin gün mütləq Bakıda olacam. Həm də tək yox, dostumla”.
Donna Tuite: “Səbrim çatmır, gözləyə bilmirəm. “Dandolk” - “Qarabağ” oyunu tez başlasaydı...”
Glenda Shiels: “İsti Azərbaycana gedən neçə nəfərik?”
Beryl Mary Owens: “Qarabağ”ı keçin, “Seltik”lə oynayaq”.
John Darcy: “Bu rəqibi də uzaqlaşdırın, “Ayaks” gəlsin”.
Colin Mullen: “Bu il ev oyunlarında “Oriel”ə 3000-dən çox azarkeşin gəldiyini 3, ya da 4 dəfə görmüşəm. Azarkeşlər avrokuboklar zamanı fəallaşır. Belədə stadionun tutumu heç də hamının matçı canlı izləməsinə imkan vermir. Rəhbərlik zəhmət çəkib, oturacaqların sayını artırmaq haqda düşünməlidi”.
HƏBİB hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR