Dünən Çempionlar Liqası və Avroliqada mübarizə aparan klubların diqqəti İsveçrənin Nyon şəhərinə dikilmişdi. Burda hər iki turnirin 3-cü təsnifat mərhələsinin püşkü atıldı. Başlayaq püşkün qitənin ən nüfuzlu klub turniri üçün "oxuduğu hökmdən". Məlum olduğu kimi, "Qarabağ" 1-ci təsnifat mərhələsində Albaniya "Partizani"sini yolundan kənarlaşdırmışdı (0:0, 2:0). "Köhlən atlar"ın "Dandolk"u (İrlandiya) keçəcəyi halda potensial rəqibləri arasında "Ayaks" kimi ÇL-in ötən mövsümünün yarımfinalçısı, eləcə də vaxtilə ağdamlıları bu turnirdən kənarlaşdıran "Seltik", vaxtilə “Neftçi”yə, “Xəzər Lənkəran”a gücünü göstərən Zaqreb "Dinamo"su kimi adlar var idi. Ancaq püşk Qurban Qurbanovun komandasının üzünə güldü. Təbii ki, öncə İrlandiya klubu sıradan çıxarılmalıdı. Bu baş verərsə, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində "Sutyeska" (Monteneqro) - APOEL (Cənubi Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Bu isə mümkün variantlar arasında, demək olar, ən arzulounanı idi. "Qarabağ" ÇL-də yoluna davam edəcəyi halda, 3-cü mərhələdə ilk oyunu səfərdə keçirəcək. Həmin mərhələnin ilk görüşləri avqustun 6-7-də, cavab matçları isə 13-14-də baş tutacaq. Ümumilikdə isə ÇL-in 3-cü təsnifat mərhələsinin püşkatmasında əvvəlki mərhələnin 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib. Həmçinin püşkatma zamanı ölkəsində çempion olmayanlar Liqa yolunda növbəti rəqiblərini tanıyıblar.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
ÇFR (Kluj, Rumıniya)/Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi - Seltik (Şotlandiya)/Nımme Kalyu (Estoniya) cütünün qalibi
Sutyeska (Monteneqro)/APOEL (Cənubi Kipr) cütünün qalibi - Dandolk (İrlandiya)/QARABAĞ (AZƏRBAYCAN) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
Saburtalo (Gürcüstan)/Dinamo (Xorvatiya) cütünün qalibi - Ferentsvaroş (Macarstan)/Valletta (Malta) cütünün qalibi
Srvena Zvezda (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/Kopenhagen (Danimarka) cütünün qalibi
Maribor (Sloveniya)/AİK (İsveç) cütünün qalibi - BATE (Belarus)/Rusenborq (Norveç) cütünün qalibi
Liqa yolu
Başakşəhər (Türkiyə) - Viktoriya (Çexiya)/Olimpiakos (Yunanıstan) cütünün qalibi
Krasnodar (Rusiya) - Portu (Portuqaliya)
Brügge (Belçika) - Dinamo (Kiyev, Ukrayna)
PSV (Hollandiya)/Bazel (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)
Yeri gəlmişkən, Avroliqanın Çempionlar yolunda da 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Belə ki, ÇL-dən bu turnirə yuvarlanan komandaların potensial rəqibləri müəyyənləşib. “Qarabağ” – “Dandolk” cütünün məğlubunun da potensial rəqibi bəlli olub. Ağdamlılar İrlandiya klubuna yenilsə, AL-ə yuvarlanacaq və bu yarışda 2-ci təsnifat mərhələsinin "Slovan" (Slovakiya) - “Ferronikeli” (Kosovo) cütünün qalibinə rəqib olacaq. Bu variant reallaşarsa, "Qarabağ" yenə də 3-cü mərhələnin ilk oyununu səfərdə keçirəcək. Onu da qeyd edək ki, AL-in bu mərhələsinin oyunları avqustun 8-i və 15-də keçiriləcək. Sözügedən püşkatmaya ÇL-in 2-ci təsnifat mərhələsinin 10 cütü, Avroliqanın Çempionlar yolunun 2-ci təsnifat mərhələsinin 9 cütü, eyni zamanda “Sarayevo” qatılıb. ÇL-in 2-ci mərhələsinin məğlubları bu turnirdə daha əvvəl uduzan, ancaq AL-in mərhələsinə adlayanlarla qarşılaşacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
Sutyeska (Monteneqro)/APOEL (Cənubi Kipr) cütünün məğlubu - HB Torshavn (Farer adaları)/Linfild (Şimali İrlandiya) cütünün qalibi
ÇFR (Kluj, Rumıniya)/Makkabi (Təl-Əviv, İsrail) cütünün məğlubu - Tre Penne (San Marino)/Suduva (Litva) cütünün qalibi
Ararat (Ermənistan)/Linkoln (Cəbəllütariq) cütünün qalibi - Saburtalo (Gürcüstan)/Dinamo (Xorvatiya) cütünün məğlubu
Pyast (Polşa)/Riqa (Latviya) cütünün qalibi - Srvena Zvezda (Serbiya)/HİK (Finlandiya) cütünün məğlubu
Valyur (İslandiya)/Ludoqorets (Bolqarıstan) cütünün qalibi - TNS (Uels)/Kopenhagen (Danimarka) cütünün məğlubu
Sarayevo (Bosniya və Hersoqovina) - BATE (Belarus)/Rusenborq (Norveç) cütünün məğlubu
Şkendiya (Makedoniya)/Düdelanj (Lüksemburq) cütünün qalibi - Seltik (Şotlandiya)/Nımme Kalyu (Estoniya) cütünün məğlubu
Santa Koloma (Andorra)/Astana (Qazaxıstan) cütünün qalibi - Ferentsvaroş (Macarstan)/Valletta (Malta) cütünün məğlubu
Partizani (Albaniya)/Şerif (Moldova) cütünün qalibi - Maribor (Sloveniya)/AİK (İsveç) cütünün məğlubu
Slovan (Slovakiya)/Ferronikeli (Kosovo) cütünün qalibi - Dandolk (İrlandiya)/QARABAĞ (AZƏRBAYCAN) cütünün məğlubu
Nəhayət, Avroliqada 3-cü təsnifat mərhələsinin Əsas yolunun da püşkü haqda məlumat verək. "Neftçi" və "Qəbələ"nin də potensial rəqibləri bilinib. Yarışa 2-ci mərhələdən qoşulan "Qəbələ" Tiflis “Dinamo”sunu mübarizədən kənarlaşdıra bilsə, 3-cü mərhələdə Hollandiya "Feyenoord"u ilə üz-üzə gələcək. Belə deyək, "qırmızı-qaralar"ın şansı çox azdı. "Neftçi" isə Tula "Arsenal"ından da güclü olsa, “Bney Yehuda” (İsrail) ilə qarşılaşacaq. Bu baxımdan "ağ-qaralar"ın bəxtinin gətirdiyini demək mümkümdü. Hətta çoxları "Arsenal"ı İsrail klubundan daha çətin rəqib sayır. Təbii, bu ilkin proqnozlardı. Hər halda, “Bney Yehuda” qorxulu rəqib deyil. Komandalarımız yoluna davam etsə, 3-cü təsnifat mərhələsinə "Qəbələ" səfərdə, "Neftçi" evdə başlayacaq. Ümumiyyətlə, bu mərhələnin püşkatmasına 39 cüt və 13 klub qatılıb. Cütlərdən 37-si AL-i, 2-si ÇL-i təmsil edir. Sonuncu cütlərdə uduzanlar, AL-də isə qalib gələnlər mübarizəni burda davam etdirəcəklər.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
Əsas yol
Norçöpinq (İsveç)/Liepaya (Latviya) cütünün qalibi - Hapoel (Beer-Şeva, İsrail)/Kayrat (Qazaxıstan) cütünün qalibi
Lexiya (Qdansk, Polşa)/Brondbü (Danimarka) cütünün qalibi - Braqa (Portuqaliya)
Pünik (Ermənistan)/Yablonets (Çexiya) cütünün qalibi - Vulverhempton (İngiltərə)/Kruzaders (Şimali İrlandiya) cütünün qalibi
Hoqesun (Norveç)/Ştrum (Avstriya) cütünün qalibi - PSV (Hollandiya)/Bazel (İsveçrə) cütünün məğlubu
Torino (İtaliya)/Debretsen (Macarıstan) cütünün qalibi - Şaxtyor (Belarus)/Esbyerq (Danimarka) cütünün qalibi
Mölde (Norveç)/Çukariçki (Serbiya) cütünün qalibi - Aris (Yunanıstan)/AEL (Cənubi Kipr) cütünün qalibi
Midtyullann (Danimarka) - Reyncers (Şotlandiya)/Proqress (Lüksemburq) cütünün qalibi
Riyeka (Xorvatiya) - Aberdin (Şotlandiya)/Çixura (Gürcüstan) cütünün qalibi
Antverpen (Belçika) - Viktoriya (Çexiya)/Olimpiakos (Yunanıstan) cütünün məğlubu
Lokomotiv (Plovdiv, Bolqarıstan)/Spartak (Slovakiya) cütünün qalibi - Strasburq (Fransa)/Makkabi (Hayfa, İsrail) cütünün qalibi
Mariupol (Ukrayna) - Alkmaar (Hollandiya)/Haken (İsveç) cütünün qalibi
Qzira (Malta)/Ventspils (Latviya) cütünün qalibi - Jeness (Lüksemburq)/Vitoriya (Portuqaliya) cütünün qalibi
Austriya (Avstriya) - Apollon (Cənubi Kipr)/Şemrok Rovers (İrlandiya) cütünün qalibi
Tyun (İsveçrə) - Spartak (Moskva, Rusiya)
AEK (Cənubi Kipr)/Levski (Bolqarıstan) cütünün qalibi - Gent (Belçika)/Vitorul (Rumıniya) cütünün qalibi
Videoton (Macarıstan)/Vaduts (Lixtenşteyn) cütünün qalibi - Ayntraxt (Almaniya)/Flora (Estoniya) cütünün qalibi
Feyenoord (Hollandiya) - QƏBƏLƏ (AZƏRBAYCAN)/Dinamo (Gürcüstan) cütünün qalibi
Alaşkert (Ermənistan)/Styaua (Rumıniya) cütünün qalibi - Mlada Boleslav (Çexiya)/Ordabası (Qazaxıstan) cütünün qalibi
Legiya (Polşa)/Kuopio (Finlandiya) cütünün qalibi - Dunayska Streda (Slovakiya)/Atromitos (Yunanıstan) cütünün qalibi
Konnak (Uels)/Partizan (Serbiya) cütünün qalibi - Malatyaspor (Türkiyə)/Olimpiya (Sloveniya) cütünün qalibi
Domjale (Sloveniya)/Malmö (İsveç) cütünün qalibi - Utrext (Hollandiya)/Zrinski (Bosniya və Hersoqovina) cütünün qalibi
ÇSKA (Bolqarıstan)/Osiyek (Xorvatiya) cütünün qalibi - Zarya (Ukrayna)/Buduçnost (Monteneqro) cütünün qalibi
Arsenal (Tula, Rusiya)/NEFTÇİ (AZƏRBAYCAN) cütünün qalibi - Bney Yehuda (İsrail)
Lütsern (İsveçrə)/Klaksvik (Farer adaları) cütünün qalibi - Espanyol (İspaniya)/Styarnan (İslandiya) cütünün qalibi
Sparta (Çexiya) - Trabzonspor (Türkiyə)
Honved (Macarıstan)/Universitatya (Rumıniya) cütünün qalibi - AEK (Yunanıstan).
FARİZ