Sizin reklam burada

“Futbol qəbiristanlığı”nda növbəti “meyit”: “Şüvəlan”

Baxış Sayı:374


Adil Şükürov: “Dedilər ki, maddi durum klub saxlamağa imkan vermir”
AZAL premyer-liqa ilə vidalaşandan sonra adı dəyişdirilib “Şüvəlan” olan komanda birinci diviziondakı çıxışını davam etdirirdi. Təəssüf ki, xəbəri keçmiş zamanda təqdim etməyə borcluyuq. Çünki hər cür şəraiti – bazası, stadionu olan klub bundan sonra fəaliyyət göstərməyəcək. Bu isə o deməkdi ki, vaxtilə “Olimpik Şüvəlan”, AZAL və son olaraq “Şüvəlan” adı ilə tanınan klub da futbolumuzun “qəbiristanlığında dəfn olundu”.
Sonuncu mövsümdə komandanın baş məşqçisi olmuş Adil Şükürovla dünənki söhbətimizdə xəbər təsdiqləndi: “Bu gün Şüvəlandakı bazaya dəvət olunmuşduq. Məşqçilər idi, Bakıda yaşayan futbolçular və klubda çalışan bir neçə nəfər. Rəhbərliklə görüşümüz oldu, söhbət etdik. Dedilər ki, maddi durum klub saxlamağa imkan vermir. Bununla da hamı bir-biri ilə əl sıxıb sağollaşdı. Baza və stadionun aqibəti necə olacaq? Bu haqda nəsə deyə bilməyəcəm”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR