Sizin reklam burada

Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi

Baxış Sayı:340

Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi
Bu həftə avrokuboklarda çıxış edən komandalarımız növbəti oyunlarını keçirdi. “Qarabağ” Çempionlar Liqasının, “Neftçi” və “Səbail” isə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşlərinə çıxdı. Təmsilçilərimiz həftəni 2 qələbə və 1 məğlubiyyət ilə başa vurdu. Uduzan komanda – “Səbail” (2:3) mübarizəni dayandırdı. Əslində “Neftçi” cütün taleyini hələ Moldovada həll etmişdi. Ancaq “ağ-qaralar” cavab görüşündə tarixi qələbəyə (6:0) imza atdı. “Qarabağ” isə mərhələni məhz “Dalğa Arena”dakı görüşdə qeydə alınan 2:0-lıq qələbə ilə adladı. Beləliklə, avrokubokların birinci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq cədvəli yenilənib. Bəribaşdan qeyd edək ki, Avropa meydanlarında həftəiçi qeydə alınan nəticələr reytinq sıralamasında ciddi dəyişikliyə səbəb olmadı. Daha doğrusu, cüzi yerdəyişmələr baş verdi ki, bu, siyahının aşağı hissəsində müşahidə olundu. Azərbaycan da əmsal hesabını artırmasına baxmayaraq, mövqeyimiz dəyişməz qaldı. “Qarabağ” Albaniya “Partizani”si, “Neftçi” isə Moldova “Sperantsa”sı üzərindəki qələbə ilə aktivimizə hərəyə 0,250 (cəmi 500) əmsal əlavə etdi. Bununla da cari mövsümün qazancı 0,875-ə çatdı. Bunun 0,500-ü “Neftçi”nin, 0,375-i “Qarabağ”ın payına düşür. “Səbail” isə debüt mövsümündə Azərbaycana əmsal qazandıra bilmədi. Beləliklə, Azərbaycanın son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq qazancı 16,250-yə çatıb. Ölkəmiz siyahıda 26-cı pillədə qərarlaşıb. Bir pillə öndəki Qazaxıstanla fərq böyüyərək 1,125-ə çatıb. 27-ci yerdəki Polşadan üstünlüyümüz isə 1,000 əmsala qədər azalıb.
yer ölkə 2015/16 2016/17 2017/18 2018/19 2019/20 cəmi təmsilçi sayı/qalan
1. İspaniya 23.928 20.142 19.714 19.571 2.285 85.640 7/7
2 .İngiltərə 14.250 14.928 20.071 22.642 2.285 74.176 7/7
3. Almaniya 16.428 14.571 9.857 15.214 2.285 58.355 7/7
4. İtaliya 11.500 14.250 17.333 12.642 2.285 58.010 7/7
5. Fransa 11.083 14.416 11.500 10.583 2.000 49.582 6/6
6. Rusiya 11.500 9.200 12.600 7.583 1.333 42.216 6/6
7. Portuqaliya 10.500 8.083 9.666 10.900 0.800 39.949 5/5
8. Belçika 7.400 12.500 2.600 7.800 0.800 31.100 5/5
9. Ukrayna 9.800 5.500 8.000 5.600 0.800 29.700 5/5
10. Türkiyə 6.600 9.700 6.800 5.500 0.800 29.400 5/5
11. Avstriya 3.800 7.375 9.750 6.200 0.800 27.925 5/5
12. Hollandiya 5.750 9.100 2.900 8.600 0.000 26.350 5/5
13. Çexiya 7.300 5.500 5.500 6.500 0.000 24.800 5/5
14. Danimarka 5.500 8.500 5.250 4.875 0.250 24.375 4/4
15. Cənubi Kipr 3.000 5.500 7.000 6.125 1.000 22.625 4/4
16. Yunanıstan 5.400 5.800 5.100 5.100 0.000 21.400 5/5
17. Xorvatiya 4.500 5.125 5.125 5.750 0.250 20.750 4/3
18. Serbiya 4.250 2.875 6.375 6.000 1.000 20.500 4/3
19. İsveçrə 5.300 4.300 6.500 3.900 0.000 20.000 5/5
20. Şotlandiya 3.000 4.375 4.000 6.750 1.750 19.875 4/3
21. Norveç 7.250 1.375 4.000 5.375 1.500 19.500 4/3
22. İsveç 4.750 2.750 5.375 4.125 1.250 18.250 4/4
23. İsrail 2.250 6.750 5.625 2.625 0.875 18.125 4/4
24. Belarus 5.125 3.000 3.250 5.000 1.125 17.500 4/2
25. Qazaxıstan 4.625 2.750 4.250 4.250 1.500 17.375 4/3
26. Azərbaycan 4.375 4.250 4.375 2.375 0.875 16.250 4/3
27. Polşa 5.500 3.875 2.875 2.250 0.750 15.250 4/3
28. Bolqarıstan 1.000 4.250 4.000 4.000 0.875 14.125 4/4
29. Slovakiya 3.750 2.125 1.875 5.125 0.750 13.625 4/3
30. Lixtenşteyn 5.000 2.500 2.000 1.500 1.500 12.500 1/1
31. Sloveniya 1.000 2.250 4.625 3.125 1.250 12.250 4/3
32. Rumıniya 2.250 3.300 2.900 2.375 1.250 12.075 4/4
33. Macarıstan 1.625 1.875 1.625 3.250 1.625 10.000 4/4
34. Albaniya 2.125 0.875 2.625 1.000 0.625 7.250 4/1
35. Şimali Makedoniya 1.500 1.250 3.125 1.000 0.375 7.250 4/1
36. Litva 0.750 0.500 2.375 2.625 0.500 6.750 4/1
37. Latviya 1.625 1.375 0.750 1.625 1.125 6.500 4/3
38. İrlandiya 0.700 2.625 1.125 1.000 0.875 6.325 4/2
39. Moldova 1.250 0.875 2.750 1.125 0.250 6.250 4/1
40. Bosniya və Hers. 1.500 0.500 1.375 2.000 0.750 6.125 4/2
41. Ermənistan 1.625 1.125 0.625 1.500 1.125 6.000 4/3
42. Lüksemburq 0.750 0.750 0.875 2.625 1.000 6.000 4/3
43. Finlandiya 1.000 1.750 1.250 0.875 1.000 5.875 4/2
44. Malta 0.875 1.250 1.375 1.500 0.500 5.500 4/2
45. İslandiya 1.125 1.000 1.125 1.500 0.500 5.250 4/2
46. Uels 1.500 1.000 0.500 1.000 1.000 5.000 4/2
47. Gürcüstan 0.625 1.125 0.125 1.625 1.250 4.750 4/3
48. Cəbəllütariq 0.750 1.500 0.500 1.000 1.000 4.750 3/1
49. Monteneqro 1.000 0.875 1.125 0.375 1.000 4.375 4/2
50. Estoniya 1.000 1.375 0.625 0.500 0.875 4.375 4/2
51. Kosovo 0.000 0.000 0.000 2.500 1.500 4.000 2/1
52. Şimali İrlandiya 0.750 0.500 0.750 0.500 1.250 3.750 4/2
53. Farer adaları 0.375 0.375 0.750 1.125 1.000 3.625 4/2
54. Andorra 0.166 0.166 0.166 0.833 1.333 2.664 3/1
55. San Marino 0.000 0.000 0.166 0.500 0.000 0.666 3/1

Oxşar xəbərlər
SON XƏBƏRLƏR