Sizin reklam burada

Rüfətin komandası heç-heçə ilə başladı

Baxış Sayı:329


Almaniyanın futbol üzrə 3-cü bundesliqasında dünən 2019/20 mövsümünə start verilib. Mövsümün açılış oyununda Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geydiyi “Proyssen” klubu səfərdə “Münhen 1860” ilə üz-üzə gəlib.
İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. 32-ci dəqiqədə hesabı açan Münster klubu 51-də penaltidən buraxdığı qolla heç-heçəyə razılaşıb. Rüfət də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR