AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb. O, iyulun 30-da Yunanıstanda iş başında olacaq. Avstriyalı Pirey şəhərindəki “Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Plzen” qarşılaşmasında hakim-inspektor funksiyasını yerinə yetirəcək.