Yeni mövsümdə qarşısına ciddi məqsəd qoyan,elitaya vəsiqə qazanmağı hədəfləyən “Turan Tovuz”un “sükanı arxasına” yeni baş məşqçi gətirilib. Söhbət 2018/19 “futbol ili”ndə birinci divizionda MOİK-i çempion edən Azər Bağırovdan gedir. Nizami Sadıqovla vidalaşan Tovuz klubunun rəhbərliyi Bağırovla istədiyinə nail olacağını düşünür. Azər bəylə imzalanan müqavilənin müddəti bir ildi.
Qərb təmsilçisinin yeni çalışdırıcısıyla əlaqə saxlayıb, planları ilə tanış olmaq istədik. Ancaq Bağırov iyulun 18-nə kimi gözləməyimizi istədi. Məhz həmin gün yeni çalışdırıcı kollektivə təqim olunacaq.
RƏŞAD