“Qarabağ”ın nisbi uğursuzluğundan sonra futbol ictimaiyyəti ikinci avrokubok gününün bizimkilər üçün necə nəticələnəciyin səbirsizliklə gözləyirdi. Əslində hər şey elə gözlənilən kimi oldu: imkanları yüksək qiymətləndirilən “Neftçi” cavab görüşünü formallığa çevirdisə, “Səbail”i indi yalnız möcüzə növbəti mərhələyə daşıya bilər. Azərbaycanın avrokuboklar tarixində isə “Qarabağ”dan başqa belə möcüzələri bacaran çox az komanda olub. Yəni meydanda yaşanan mübarizə cavab görüşü ilə bağlı hansısa nikbinliyə əsas versəydi, belə deməzdim...
Açığını deyim ki, məhz “Sperantsa”nın gücü, daha doğrusu, gücsüzlüyü mənə “Neftçi”nin indiki potensialıyla bağlı birmənalı fikir yürütməyə imkan vermir. Bir tərəfdən paytaxt klubunun azərbaycanlıların hesabına varlanmaq istəyən moldavanlardan yaxasını 5 min avro və 3 qol ilə qurtarmasına
sevinirəm, indi “Arsenal”la duellərə hazırlaşmaq üçün daha çox vaxt olacaq. Bu “Sperantsa” və efroslar belə sərt cəzanı haqq etmişdi ki, “Neftçi” də bu günün işini sabaha saxlamadı. Amma digər tərəfdən etiraf etmək lazımdı ki, “Sperantsa” bakılıların gücünü qiymətləndirmək baxımından meyar ola bilməz. Xüsusən də Baqali Dabonun dönüşündən sonra Roberto Bordin yenidən oyun modelinə əl gəzdirməli olacaq da, bu variant da ən azı narahatlıq doğurur. Hər halda, Raufu bu formada, yenə də əzmkar görmək maraqlı idi, indi onun mövqeyini qorumaq üçün meydanda can qoymaqdan başqa çarəsi yoxdu.
“Səbail”in başına gələnlər isə belə düşünməyə əsas verir ki, elə ilk mərhələdəcə avrokuboklardakı təmsilçilərdən birini itirəcəyik. Hərçənd Ağabala erkən qoldan sonra hesabı bərabərləşdirəndə daha uğurlu sonluğa ümid etmək olardı. Sadəcə, nə qədər acı da olsa, etiraf etmək lazımdı ki, “Səbail” düşərgəsi, xüsusən də yerli gənclər Avroliqada debüt həyəcanın üzərindən ata bilməmişdi. Rəqibin gücü, büdcəsi haqda deyilənlər isə ciddi, əsaslı dəlildən daha çox davadan sonra yumruqları sıxmaqdan başqa bir şeyə bənzəmir. Faktiki “Səbail” dünən bir az daha cəsarətli olsaydı, rəqibi gözündə şişirtməsəydi, özü üçün heç-heçə, ölkə reytinqi üçün əmsal qazana bilərdi. Vaxtilə bizim klublar bəxtinə düşəndə sevinən ölkələrin sayı çox idi, “Qarabağ”, “Qəbələ”, “Neftçi” ardıcıl uğurlarla belələrinin sırasını seyrəltdi. Tək-tük belə ölkə qalıb ki, biri də Rumıniyadı. “Səbail” bir həftə sonra bacarmasa belə, hansısa klubumuzun tezliklə rumınlardan bütün məğlubiyyətlərin qisasını alacağına inanıram. Amma bu sonra olacaq. İrəlidə isə bizi növbəti avrokubok həftəsi – cavab görüşləri gözləyir.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər