Sizin reklam burada

MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi

Baxış Sayı:349


Uzun illər ölkə futboluna xidmət edən, veteran hakim, AFFA nümayəndəsi olan Vaqif Davudov iyulun 7-də 70 yaşını qeyd etdi. Yubileyi ilə bağlı Bakı Kəndlər Futbol Federasiyasının prezidentini bir sıra qurumlar təbrik edib. Konkret Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nizami rayon Veteranlar Şurasının rəhbərliyi Vaqif bəylə görüşüb, ona xatirə hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, Vaqif Davudov Maştağa qəsəbəsində anadan olub. 10 yaşında futbolda ilk addımlarını Maştağanın “Məhsul” komandasında atıb. Bakının kənd və qəsəbələrində keçirilən birinciliklərdə iştirak edib, 1967-ci ildə tanınmış məşqçilər Şirəli Şirəliyev və Eduard Cəbrayılovun rəhbərliyi altında Razinin (indiki Bakıxanov qəsəbəsi) “Leninneft” komandasında oynayıb. 1968-ci ildə hərbi xidmətə yollanıb və Belarusun Brest şəhərində yerli “Spartak”ın heyətində SSRİ-nin ikinci dəstəsində çıxış edib. Hərbi xidməti başa vurduqdan sonra “Leninneft”, “Balaxanılı”, “Vışka” komandalarında məşqçi vəzifəsində çalışıb. 1990-cu ildə sovetlər birliyi dağıldıqdan sonra ilk müstəqil komandamız olan “Azəri”də vitse-prezident olub. 1993-cü ildən Bakı və Abşeronun kənd və qəsəbələrində kütləvi futbola qulluq edir. 1997-ci ildə keçmiş idman naziri Əbülfəz Qarayev tərəfindən Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb. 2000-də yaradılan “Nicat” klubunda 6 il fəaliyyət göstərib. 2006-cı ildən bu günə qədər Bakı Kəndlər Futbol Federasiyanın prezidentidi. Ömrünün 49 ilini kütləvi futbola həsr edən Davudov 2017-ci ilin sonunda ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanın “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adında layiq görülüb.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR