"Səbail"in "Astra"dan yeni transfer etdiyi braziliyalı müdafiəçi Eriko da Silva Rumıniya mətbuatına müsahibə verib. Rumıniyada "Astra"dan əvvəl Kluj "Universitatya"sının və "Panduri"nin də formasını geymiş 30 yaşlı müdafiəçi “Səbail”ə keçidi, komandaların şansları ilə bağlı fikirlərini bölüşüb.
- "Səbail"ə keçidiniz necə reallaşdı?
- “Astra” ilə müqaviləmin müddətim başa çatandan sonra mənlə əlaqə saxladılar. Baş məşqçinin məni Avropa Liqasında “Zirə” ilə oyunlardan xatırladığını dedilər. Sonra bir təklif etdilər və əlimi sıxdılar.
- Rumıniya da daxil olmaqla, başqa təklifləriniz var idi?
- Rumıniya klubları ilə bəzi müzakirələr apardıq. Həmçinin "Astra" ilə də görüşümüz oldu.
- "Səbail"in futbolçusu kimi ilk rəqibinizin Rumıniya klubu olmasını gözləyirdiz?
- Açığı, Rumıniyadan bir klubla qarşılaşacağımızı gözləmirdim. Ancaq bu qədər müddətdən sonra buna şadam. "Universitatya" potensial rəqiblər arasında ən güclüsü idi.
- Yeni komandanızı necə gördüz və "Universitatya "nı keçə biləcəksiz?
- “Səbail”də çox dəyişikliklər olub. Komanda hələ istənilən səviyyədə deyil. Bu üzdən də qarşıdakı iki oyunda topla düzgün rəftar etməliyik. Bunun çox çətin olacağını bilirik.
- Maykl Essyenin karyeranız ərzində ən məşhur komanda yoldaşı olduğunu demək olar?
- Bəli, Essyen karyeram ərzində komanda yoldaşım olan ən tanınmış futbolçudu. O, ciddi, təvazökar və əla xarakterə malikdi. Onunla tanış olmaqdan və bir yerdə çalışmaqdan məmnunam.
- "Universitatya"ya səfərdə azarkeşləri yoldaşlıq edəcək. "Səbail"in azarkeş dəstəyi necədi?
- Fikrimcə, evdə oynayacağımız üçün azarkeşlər bizi dəstəksiz qoymayacaqlar. Burda müsbət nəticə əldə edə bilsək, Krayovaya başqa strategiya ilə yollanacağıq.
- Süni meydanda oynamaq “Səbail” üçün üstünlükdü?
- Bəli, bu, "Səbail"ə üstünlük verir. Onlar süni örtüyə öyrəşiblər. Orda məşq etdim. Meydanın vəziyyəti yaxşıdı, burda gözəl futbol oynamaq olar.
MİRAĞA hazırladı