Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail" yeni sponsorluq müqaviləsi bağlayıb. Klubun rəsmi saytı vasitəsilə açıqlamasında bildirilir ki, 2019/20 mövsümündən etibarən paytaxt təmsilçisi "Nike" şirkəti ilə əməkdaşlıq edəcək. Tanınmış şirkət "Səbail"in texniki tərəfdaşı olacaq.
Qeyd edək ki, ötən mövsüm "Macron" şirkəti paytaxt təmsilçisinin bütün komandalarını idman geyimləri ilə təmin edib.