“Tələbələr” ukraynalı qapıçını sınayır
Növbəti mövsümə hazırlaşan “Sabah”ın transfer çalışmalarını başa vurduğunu demək olar. Hər halda, komandanın baş məşqçisi Elşad Əhmədov qəzetimizə açıqlamasında bunu bildirmişdi. Odu ki, bundan sonrakı mərhələ yoldaşlıq görüşlərinin təşkili, problemlərin görünməsi və aradan qaldırılmasıdı.
“Tələbələr” yay fasiləsindəki ilk matçına şənbə günü, yəni iyulun 6-da çıxıb. Rəqib isə buna qədər “Qəbələ”ylə üz-üzə gəlmiş “Zirə” idi. Samir Abasovla müqayisədə Elşad Əhmədov start “11-liy”ində gözlənilməz adlara güvənib. Daha doğrusu, yeni transferlərin, demək olar, hamısı ehtiyatda qalıb. Qapını qoruyan ukraynalı Oleq Karnauxun baxışa dəvət olunduğunu bildirək. 21 yaşlı futbolçu vaxtilə U-17 millimizin şərəfini qoruyub.
Sabah: Oleq Karnaux, Məqsəd İsayev, Kərim Diniyev, Filip İvanoviç, Məhəmməd Mirzəbəyov, Eltun Turabov, Vadim Abdullayev, Cavid Tağıyev, Cavid İmamverdiyev, Şakir Seyidov, Emil Qasımov.
Zirə: Boyan Zoqoviç, Nicat Süleymanov, Adrian Skarlatake, Elvin Camalov, İbrahim Aslanlı, İlkin Muradov, Şafik Tiqruca, Elvin Məmmədov, Cavid Hüseynov, Mfo Kqasvane, Xulio Sezar Rodriges.
Elşad Əhmədov ikinci yarıda Dmitri Bezruk, Ruslan Abışov, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Kevin Kubemba, Hendrik Eksteyn, Amadu Dialloya şans verib.
Kifayət qədər maraqlı alınan qarşılaşmada hokkey hesabı qeydə alınıb. 6-cı dəqiqədə Şafik zirəliləri hesabda önə keçirəndən 2 dəqiqə sonra Emil “status-kvo”nu bərpa edib. 18-ci dəqiqədə Elvin Camalov avtoqol müəllifi kimi yadda qalıb, 20-ci dəqiqədə Kqasvane hesabı 2:2 edib. Meydana sonradan daxil olan yeni transferlərdən olan Hendrik Eksteyn 48 və 70-ci dəqiqələrdə vurduğu qollarla “Sabah”lıların üzünü güldürsə də, 84-cü dəqiqədə İlkin Muradov penalti zərbəsindən sonra hesab arasındakı fərqi artırıb. 89-cu dəqiqədə Tağıyev oyunda son nöqtəni qoyub – 5:3.
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov qarşılaşmadan sonra fikirlərini klub saytına açıqlamasında dilə gətirib: “Hazırlıq çərçivəsində ilk yoldaşlıq oyunumuz idi. Komanda gündə iki dəfə məşq edir. Fiziki yüklənmələrdən sonra futbolçuları belə oyunda yoxlamaq istəyirdik. Hər hissədə fərqli heyətlərə şans verdik. Taktiki-texniki cəhətdən futbolçulardan heç bir tələbimiz yox idi. Məncə, yüklənmələrə rəğmən, futbolçular yaxşı təsir bağışladılar. Sevindirici hal odu ki, əvvəlkindən fərqli olaraq qol fürsətlərini dəyərləndirə bildik”.
HƏBİB

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər