Sizin reklam burada

AFFA premyer-liqa klublarına lisenziya təqdim etdi

Baxış Sayı:304

AFFA premyer-liqa klublarına lisenziya təqdim etdi
Dünən AFFA-nın Futbol akademiyasında 2019/20 lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və premyer-liqada iştirak üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib. Lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqda məlumat verilib. Tədbirin sonunda növbəti mövsümdə premyer-liqada iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.
Qeyd edək ki, Lisenziya Komissiyasının son iclası mayda baş tutmuşdu. UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 7 klubdan 6-na - "Qarabağ", "Qəbələ", "Neftçi", "Sumqayıt”, "Zirə” və "Səbail”ə lisenziya verilmişdi. Hərçənd “Sumqayıt” və “Zirə” qitə turnirlərinə vəsiqə qazana bilməyib. “Keşlə”nin qitə turnirlərinə lisenziya iddiası qəbul olunmamışdı. İclasda həmçinin divizion klublarından heç birinin premyer-liqada çıxış etməsi üçün lisenziya müraciəti qəbul olunmamış, beləliklə, “Keşlə”nin elitada qalmasına şərait yaradılmışdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR