Sizin reklam burada

“Ufa”da azərbaycanlıların sayı artdı

Baxış Sayı:380


Rusiyanın “Ufa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Premyer-liqa təmsilçisi Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı Turqay Möhbalıyevi transfer edib. Klubun rəsmi saytı bu xəbəri yaysa da, müqavilənin müddəti və başqa detallar açıqlanmayıb. Əslən Naxçıvandan olan, ölkəmizdə dünyaya gələn Turqay Rusiya vətəndaşlığına malikdi. O, bu ölkənin 19 yaşlılardan ibarət komandasının əsas üzvüdü. Hər iki valideynı azərbaycanlıdı. Son 6 ili “Spartak”da keçirən futbolçu son mövsümdə Moskva klubunun gənclərdən ibarət komandasında 28 oyuna çıxıb, 2 qola imza atıb. Rusiyanın U-19 millisinin heyətində isə 4 oyuna çıxıb.
Qeyd edək ki, “Ufa”nın əsas komandasında azərbaycanlı futbolçu Azər Əliyev də forma geyir.
Futbol üzrə Latviya çempionatında 21-ci turun oyunları keçirilib. Vüqar Əsgərovun yeni transfer olunduğu “Liepaya” doğma meydanda “Spartak”la üz-üzə gəlib. Vüqar 2:2 hesabı ilə bitən qarşılaşmaya start heyətində başlayıb, 81-ci dəqiqədə isə əvəzlənib. “Liepaya” hazırda 23 xalla 6-cı pillədə qərarlaşıb.
Ukrayna “Aleksandriya”sı Hollandiyada təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Pavel Paşayevin formasını geyindiyi komanda Belçika “Standard”ı ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 2:2. Paşayev tart heyətində meydana çıxıb, fasilədə əvəzlənib.
Almaniyanın “Proyssen” klubu yoxlama oyunu keçirib. Rüfət Dadaşovun formasını geyindiyi 3-cü bundesliqa təmsilçisi Hollandiya “Qroningen”inə 0:3 hesabı ilə uduzub. Rüfət də fasilədən dərhal sonra meydana çıxıb.
Ramil Şeydayevin isə Moskva “Dinamo”sunda forma nömrəsi müəyyənləşib. 23 yaşlı hücumçu “99” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Şeydayev “Dinamo” ilə bir neçə gün əvvəl 1 illik müqavilə imzalayıb. O, yoxlama oyunlarında “28” nömrəli formanı daşıyıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR