Sizin reklam burada

“Neftçi”nin veteranı dünyasını dəyişdi

Baxış Sayı:544

“Neftçi”nin veteranı dünyasını dəyişdi
“Neftçi”nin veteran futbolçusu, 1960-cı ildə dünyaya göz açan Ələddin Ələkbərov şənbə günü dünyasını dəyişib. Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayevdən aldığımız məlumata əsasən, 59 yaşlı sabiq yarımmüdafiəçi Bakıdakı özəl klinikalardan birində keçinib. Ürəyindən əməliyyat olunan mərhum əməliyyatdan sonra özünü yaxşı hiss etsə də, bir müddət sonra halı pisləşib və gözlərini əbədi yumub. Qeyd edək ki, yarımmüdafiəçi mövqeyində çıxış edən Ələddin Ələkbərov 1980-1984-cü illər aralığında “ağ-qaralar”ın heyətində 64 oyun keçirib, 2 qol vurub. Mərhum son illərdə AFFA nümyəndəsi kimi çempionat matçlarına təyinat alırdı
Allah rəhmət eləsin.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR