Sizin reklam burada

Emil "Astana"dan iki qol buraxdı

Baxış Sayı:484


Qazaxıstan çempionatında 17-ci turun oyunları keçirilib. Emil Balayevin formasını geydiyi “Tobol” doğma meydanda əsas rəqibi “Astana” ilə qarşılaşıb. Kostanay təmsilçisi 2 cavabsız qolla məğlub olub. Liderlərin duelində "çərçivə"ni Emil qoruyub.
“Tobol” hazırda “Astana” ilə birgə 38 xalla 12 komanda arasında zirvəni bölüşür. Sadəcə, “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” Emilin komandasından 2 oyun artıq keçirib.
Rusiya “Dinamo”su (Moskva) Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Yığmamızın hücumçusu Ramil Şeydayevin yeni anlaşdığı paytaxt təmsilçisi Çexiya “Slovan”ı (Liberets) ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Şimanskinin 54-cü dəqiqədə rəqib qapısından keçirdiyi top moskvalılara qələbə qazandırıb. Ramil də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Şeydayev komandasının vurduğu yeganə qolun təşkilində də fəal iştirakı ilə diqqət mərkəzinə düşüb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR