“Qarabağ”la oyuna sayılı günlər qalmasına baxmayaraq, “Partizani” heyətini gücləndirməkdə davam edir. Tirana təmsilçisi sanki “yatıb-yatıb”, indi “ayılıb”. Hər halda, görülən işlər belə düşünməyə əsas verir.
“Sarı-qırmızılar” birdən-birə iki legionerlə müqavilə bağlayıb. Bunlar Teofilus Solomonla Aristotelas Romerodu. Birinci ilə məsələ “2+1” şərti əsasında rəsmiləşdirilibsə, ikinci icarəyə götürülüb. Solomon nigeriyalıdı, ampluaca hücumçudu. Son mövsümdə “Uypeşt”in uğurları üçün tər töküb. Lakin ötən ilin yayında “Neftçi” ilə oyunlarda meydana çıxmayıb.
24 yaşlı Romero isə yarımmüdafiəçidi. Bu ad İtaliya A seriyasını yaxından izləyənlərə nisbətən tanış olmalıdı. Belə ki, venesuellalı futbolçu 2017/18 mövsümündə İtaliya elitasında çıxış edib və “Krotone”nin şərəfini qoruyub. Ötən mövsüm İspaniya sequndasında “Rayo Mayadahonda”nın uğurları üçün tər töküb. Müqavilə ilə “Krotone”yə məxsus olduğundan, “Partizani” onu icarəyə götürüb.
HƏBİB