Alesio: “Bir qələbə qazanmaqla bu şansı böyük ölçüdə əldə edəcəyik”
Xəbər verdiyimiz kimi, iyulun 4-də UEFA-nın mənzil-qərargahında - İsveçrənin Nyon şəhərində futzal üzrə Çempionlar Liqasının 2019/20 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Bəribaşdan qeyd edək ki, püşkatmanın səfiri Argentina millisinin sabiq üzvü Xavyer Saviola olub. Futbol ulduzunun seçilməsi təsadüfi deyil. O, 2018-ci ildən Andorranın “Enkamp” klubunda çıxış edir və son mövsümdə çempion olub. Saviola yeni mövsümdə komandası ilə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq. “Araz”a gəlincə, reytinqə görə mübarizəyə əsas mərhələdən başlayacaq təmsilçimiz Portuqaliya “Benfika”sı, Belçika "Halle Qooik"i və Ukrayna "Xerson"una rəqib olub. Naxçıvanlılar 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək. Sözsüz, əsas mərhələdə və A yolunda mübarizə aparması “Araz” üçün böyük üstünlükdü. Çünki reqlamentə görə, yalnız qrupda son pilləni tutan komanda mübarizəni dayandıracaq. Başqa sözlə, üç komanda mərhələni adlayacaq. Halbuki ötən mövsüm B yolunda olan Joze Alesionun komandası məhz bunun acısını çəkmiş, qrup qalibi ola bilmədiyi üçün mübarizəni erkən dayandırmışdı. Ancaq bu heç də o demək deyil ki, “Araz”ın elit mərhələyə vəsiqəsi təmin olunub. Rəqiblərin üçü də təhlükəlidi. Portuqaliya ÇL-də iki komanda ilə təmsil olunur. “Sportinq” turnirin son qalibi, “Benfika” isə məhz ölkə çempionu kimi vəsiqə əldə edib. “Araz”ın rəqibi Portuqaliya çempionatının finalında ÇL-in son qalibini üstələyərək “qızıl”a sahib çıxıb. 2010-cu ildə Avropanın ən güclüsü olan “Benfika” reytinq sıralamasına görə də “Araz”dan öndədi. 12.500 əmsalla 10-cu sırada yer alan Naxçıvan təmsilçisi reytinqə görə hətta “Halle Qooik”dən də geri qalır. Belçika çempionu həm də meydan sahibi olacağından Alesionun yetirmələrinin işi heç də asan olmayacaq. Bu mənada yalnız reytinq sıralamasında 17-ci olan Ukrayna çempionuna “əlcək atmaq” real görünür. İstənilən halda, bir qələbə ilə məsələyə böyük ölçüdə aydınlıq gətirmək mümkün olacaq.
İlkin seçmə mərhələ (27 avqust-1 sentyabr)
A qrupu: “Kampusen Dinamo (Finlandiya), "Tulon Elit " (Fransa), "Tirana" (Albaniya), "Viymsi" (Estoniya, meydan sahibi).
B qrupu: "Lokomotiv Dauqavpils” (Latviya), "Şkupi”" (Makedoniya, meydan sahibi), "Kardif Universiteti” (Uels), "Enkamp" (Andorra).
C qrupu: "Çiksereda" (Rumıniya), "Minerva" (İsveçrə), AEK (Yunanıstan, meydan sahibi), "Blu Mejik" (İrlandiya).
D qrupu: "Pinerola" (Slovakiya), "Omoniya" (Cənubi Kipr, meydan sahibi), "Qazi Universitesi" (Türkiyə), "Venqir Yupiters" (İslandiya).
E qrupu: "Velimdorf" (Almaniya), "Olstars" (Avstriya, meydan sahibi), "Rasinq" (Lüksemburq), "Sparta Belfast" (Şimali İrlandiya).
F qrupu: "Luksol Sent-Endryus" (Malta), "Şarmtrollan" (Norveç, meydan sahibi), "Dinamo" (Moldova), "Fiorentino" (San Marino).
G qrupu: "Xovokubo" (Hollandiya, meydan sahibi), "Xelvesiya" (İngiltərə), "Links" (Cəbəllütariq), "Soltayrs" (Şotlandiya).
H qrupu: "Corcians" (Gürcüstan), "Varna" (Bolqarıstan, meydan sahibi), "Makkabi Naxalat" (İsrail).
İ qrupu: Leo (Ermənistan), "Qentofte" (Danimarka), "Titoqrad" (Monteneqro, meydan sahibi).
* - əsas mərhələyə yalnız qrup qalibləri vəsiqə əldə edəcək. İlkin mərhələnin 9 ən güclüsü əsas raundda B yolunda mübarizə aparacaq.

Əsas mərhələ (8-13 oktyabr)
A yolu
1-ci qrup: “Sportinq” (Portuqaliya), “Ekonomaç” (Serbiya), “Doboveç” (Sloveniya, meydan sahibi), “Mostar” (Bosniya və Hersoqovina).
2-ci qrup: Benfika (Portuqaliya), "Halle Qooik" (Belçika, meydan sahibi) “ARAZ” (AZƏRBAYCAN), "Xerson" (Ukrayna).
3-cü qrup: “Barselona” (İspaniya), “Ayat” (Qazaxıstan), “Tümen” (Rusiya), “Vytis” (Litva, meydan sahibi).
4-cü qrup: “Kayrat” (Qazaxıstan), “Mursiya” (İspaniya)
KPRF (Rusiya), “Berettouyfalu” (Macarıstan, meydan sahibi)
* - elit mərhələyə qrupda ilk 3 yeri tutan komandalar vəsiqə əldə edəcək.
B yolu
5-ci qrup: "Rekord" (Polşa), "Sparta" (Çexiya, meydan sahibi), C qrupunun qalipi, F qrupunun qalibi).
Группа 6: "Novo Vrieme" (Xorvatiya, meydan sahibi), B qrupunun qalibi, D qrupunun qalibi, İ qrupunun qalibi.
Группа 7: "Stolitsa" (Belarus, meydan sahibi), "Liburn" (Kosovo), G qrupunun qalibi, A qrupunun qalibi.
8-ci qrup: "Pezaro" (İtaliya), "Uddevalla" (İsveç, meydan sahibi), H qrupunun qalibi, E qrupunun qalibi.
* - yalnız qrup qalibləri elit mərhələyə vəsiqə əldə edəcək.
MİRAĞA

Reaksiyalar
Joze Alesio da Silva: “Çətin qrupda yer aldığımızı deyə bilərəm. “Benfika” Portuqaliya çempionatının qalibidi, özü də pley-off oyununda Çempionlar Liqasının son qalibi “Sportinq”i məğlub ediblər. Nəticələrə əsaslanıb “Benfika”nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadı. “Halle Gooik” ardıcıl 3 mövsümdü Belçika çempionu olur. Üstəlik, elit raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də qrup oyunlarına evsahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. “Xerson” çempionatlarında aşkar favorit sayılan “Uraqan”ı “taxtdan saldı”. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. “Araz” da rəqibləri üçün çətin komandadı. Mərhələ adlamaq üçün yaxşı şansımız var. Çünki əvvəlki 2 ildən fərqli bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit raunda yükələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölçüdə əldə edəcəyik. Digər yandan, heyəti formalaşdırmalıyıq. Hazırda “Araz”ın heyətindəki oyunçuların sayı azdı. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq”.
Rövşən Hüseynli: “Rəqiblərimizi müəyyən qədər tanıyırıq. Yetərincə güclü komandalardı. “Benfika” Portuqaliya çempionatının son qalibidi. Bu klub ölkəsində pley-off-un finalında Çempionlar Liqasının son qalibi “Sportinq”dən güclü oldu. “Benfika” qrupumuzun aşkar favoritidi. Ukrayna çempionu haqda da xoş sözlər söyləmək olar. Çünki bu ölkənin futzalı hər zaman yüksəlişdə olub. “Xerson” gənclərlə təcrübəlilərin vəhdətindən qurulmuş bir komandadı. “Halle Qooik” digər iki rəqibimizə nisbətən zəif sayılsa da, qrup oyunlarına evsahibliyi edəcəklərini unutmayaq. Ev sahibi komandalara qarşı oynamaq isə hər zaman çətin olur. Ümumiləşdirsək, güclü rəqiblərlə mübarizə aparacağıq, amma mərhələ adlamaq şansımız var. Çünki bu qrupdan üç komanda elit raunda yüksələcək. Əvvəlki illərdə biz B yolunda mübarizə apardığımıza görə qrupdan ancaq bir komanda növbəti mərhələyə vəsiqə qazanırdı. Bizə ən azı bir oyunda qələbə qazanmaq və qalan matçlarda diqqətli oynamaq lazımdı. Təbii ki, hazırlıqdan çox şey asılıdı. “Araz” hələ hazırlığa başlamayıb. Məşqlərə başladıqdan və heyətimiz komplektləşdikdən sonra gücümüz haqda danışa bilərik. Ancaq püşkün indi atılması və rəqiblərimizin müəyyənləşməsi yaxşı haldı. Heyətimizi buna uyğun qurmaq imkanımız olacaq. Oktyabrda bizi həm də dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir və “Araz”ın bu görüşləri ilə millinin qarşılaşmaları arasında maksimum 2 həftəyə yaxın vaxt olacaq. Belə deyək də, bizi payızda maraqlı futzal mövsümü gözləyir. Sentyabrda milli Rusiyada toplanış keçəcək və beynəlxalq turnirdə iştirak edəcək ki, bu da Çempionlar Liqasına yaxşı hazırlaşmağımıza kömək edəcək”.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər