Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Araz"ın rəhbərliyində dəyişiklik edilib. Belə ki, klubun de-fakto sahibi olan Zaur Axundov Futzal Federasiyasının sabiq baş katibi, qurumun İcraiyyə Komitəsinin üzvü Mahmud
Sadıqovu vitse-prezident postuna təyin edib. Bununla da o, vaxtilə "sağ əli" olan Sadıqova komandanın formalaşdırılmasını həvalə edib. 1965-ci il avqustun 25-də Bakıda anadan olan Mahmud bəy 1989-da Bakı Dövlət Universitetini bitirib. 2004-08-ci illərdə Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti, 2008-18-ci illərdə baş katibi olub. 2018-ci ilin iyulundan federasiyanın İcraiyyə Komitəsinin üzvüdü.
Bu arada Xətai Bağırovun "Araz"a keçidi rəsmiləşib. Tayland çempionatında legioner həyatı yaşayan, naxçıvanlıların dəvəti ilə Bakıya dönən milli üzvü ÇL-də köhnə-yeni komandasına kömək edəcək.