Mirbağır İsayevin "Neftçi"nin U-16 komandasından ayrıldığını xəbər vermişdik. “Ağ-qaralar”la yanaşı, həvəskarlar liqasında da komanda çalışdıran, ancaq hər iki postundan ayrılan mütəxəssisin yeni iş yeri müəyyənləşib. 45 yaşlı mütəxəssis "Səbail"də çalışacaq. O, Bayıl təmsilçisinin ikinci komandasının baş məşqçisi təyin olunub. Bu o deməkdi ki, İsayevi növbəti mövsüm divizionda görəcəyik. Qeyd edək ki, "Səbail-2"ni son mövsümdə Siyasət Əsgərov çalışdırırdı. Paralel olaraq, qadınlardan ibarət millini çalışdıran Əsgərov “Səbail”dən ayrılmayıb. Belə ki, o, akademiyada fəaliyyətini davam etdirəcək. Klubun mətbuat xidmətindən aldığımız bilgiyə görə, Siyasət Əsgərov növbəti mövsümdə U-16-da iş başında olacaq.