Sizin reklam burada

Gürcüstan yığmasının üzvü ölkəmizdə oynamaq istəməyib

Baxış Sayı:301

Gürcüstan yığmasının üzvü ölkəmizdə oynamaq istəməyib
Kutaisi "Torpedo"sunun hücumçusu Budu Zivzivadzenin karyerasını ölkəmizdə davam etdirmək variantı olsa da, bundan imtina edib. Bunu 25 yaşlı futbolçu özü açıqlayıb. Qazaxıstan mətbuatına danışan Gürcüstan yığmasının üzvü həm bu ölkədən, həm də Azərbaycandan təklif aldığını etiraf edib. Ancaq o, bu ölkələrdə legioner həyatı yaşamaq niyyətində deyil. Zivzivadze eyni zamanda "Torpedo"da qalmaq istəmədiyini də etiraf edib: "Ayrılmaq istəyirəm və bunu gizlətmirəm. Çünki konkret təklifim var. Klub prezidenti Zaza Çaçava ilə də görüşmüşəm. Necə olacağını bilmirəm. Qaçmaq istəmirəm, amma transfer vərəqimi də vermirlər. Çünki klubla sözləşməmin müddəti gələn ilə qədərdi. Avropanın orta səviyyəli klubundan təklif almışam, ora getmək istəyirəm. Qazaxıstan və Azərbaycandan gələn təklifləri rədd etdim. Orda oynamaq istəmirəm. Klubumla müqaviləni birtərəfli qaydada ləğv etməyə müsbət baxmıram. Ayrılmaqda israrlıyam, amma klubum buraxmır".
Qeyd edək ki, Budu Zivzivadzenin adı bir müddət əvvəl "Qəbələ" ilə birgə hallanırdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR