“Neftçi”nin U-12 komandasının üzvü Lorentso Mezzoteronun nə qədər istedadlı bir oyunçu olduğunu paytaxt klubunun aşağı yaş qruplarının çıxışı ilə maraqlanan hər kəs bilir. İtaliyalı hətta özündən bir yaş böyüklərin çıxış etdiyi yarışlarda da sərbəst oynayır, qollarını vurur. Əslində onun flaqmanla müqaviləsinin müddəti bu il fevralın 7-də bitməliydi. Ancaq “Neftçi” Lorentso ilə yeni – 3 illik anlaşmaya imza atdı. Beləcə 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək “ağ-qaralar”ın formasını geyəcək. Yeni müqavilənin şərtlərinə görə italiyalı oyunçu Azərbaycanda "Neftçi”dən başqa heç bir klubda çıxış edə bilməz.
Ancaq deyəsən, Mezzotero xaricdə çıxış etmək niyyətindədi. Düzdü, o hansısa kluba baxışa yollanmayıb. Sadəcə, “Real”ın yay düşərgəsinə qatılıb. Madriddəki kampda iştirak edən hücumçunun diqqəti cəlb edib-etməyəcəyini zaman göstərəcək.
FARİZ