Səmədağa Şıxlarov: “Guya nə vaxt birləşmişdilər ki, indi də bölünsünlər?”
Səməd Qurbanov: “Oqtayın rəhbərlik etdiyi qurum varsa, ikincini yaratmağın nə mənası vardı?”
Maşallah Əhmədov: “Yaxşı olardı ki, belə bir ideyası olanda bizimlə məsləhətləşəydi”

Maydan bu yana ölkə futbolsuz qalıb deyə, baş verən ən kiçik hadisə belə, əks-səda doğurur. Bəlkə də başqa vaxt olsaydı, Oqtay Abdullayevlə Nazim Süleymanovun “söz atışması” bu qədər diqqəti cəlb etməzdi. Daha dəqiq desək, Oqtay bəyin sabiq “Alaniya”lının “bostanına atdığı daşlar”.
Abdullayev artıq neçə illərdi Azərbaycan Futbol Veteranları İttifaqına sədrlik edir. Yəni veteranların adı çəkiləndə Oqtay bəy başda dayanır. Hansısa yoldaşlıq görüşü, yubiley, tədbir – bu kimi işlərlə Veteranlar İttifaqı məşğul olur. Amma indiyə qədər bu qurumun üzvlərinin il ərzində regionlara baş çəkməsinin, paytaxtdan kənardan yaşayan sabiq futbolçularla görüşməsinin şahidi olmamışdıq. Elə ki, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı yarandı və adı çəkilən qurumun rəhbəri Nazim Süleymanov bir qrup həmkarı ilə bölgələrə səfərlər etməyə başladı, Abdullayev bundan qəzəbləndi. Öncə Süleymanovun bu qurumu yaratmasının artıq olduğunu dedi, sonra da onun yoluyla getməyə başladı.
Bir sözlə, veteranlar arasında əməlli-başlı parçalanma yaranıb. Vəziyyət əvvəlki kimi deyil. Öz aramızdı, heç əvvəl də yaxşı deyildi. Guya bizdə hansı sahədə birlik olub ki?! Sadəcə, arada azdan-çoxdan salam-əleyküm var idi, ikinci ittifaq yaranandan sonra olan-qalan xətir-hörmət də itmək üzrədi. Bir qrup veteran Oqtay Abdullayevin tərəfindədi, elələri də var ki, Nazim Süleymanovun addımını dəstəkləyir.
Mövzunu davam etdirmək, kimin haqlı olduğunu öyrənmək üçün az-çox söz deməyi bacaran bir neçə veteranla əlaqə saxlamağı lazım bildik. Fikirlər müxtəlif oldu.
Səmədağa Şıxlarov: “Mən hər iki ittifaqa üzvəm. Redaksiyanızda Həmkarlar İttifaqı var? Hər yerdə var və olması də normaldı. Veteranlar İttifaqı ayrıdı, Futbol İctimaiyyətinin Azad Həmkarlar ittifaqı ayrı. Bunları bir-birinə bağlayan heç nə yoxdu. Hansısa mənada bir-birinə mane olmaları da mümkün deyil. Biri veteranlarla əlaqəlidi, digəri futbol ictimaiyyəti ilə. Futbol ictimaiyyəti deyəndə, bura futbol sahəsində çalışan hakim, həkim, inzibatçı, jurnalist, hətta sürücü, xadimə də daxil olur, düzdü? Veteranlar isə keçmişdə futbol oynayanlardı. Məsələn, siz gedib Veteranlar İttifaqına üzv ola bilməzsiz. Amma Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqına ola bilərsiz. Veteranların iki cəbhəyə bölündüyünü deyirsiz. Guya nə vaxt birləşmişdilər ki, indi də bölünsünlər? Nazim Süleymanov Veteranlar İttifaqının işinə müdaxilə etsə, onlara aid olan məsələyə qarışsa, məsələn, bir qrup veteranı yığıb hansısa turnirə, səfərə aparsa, narazılığı başa düşmək olar. Çünki bu iş Veteranlar İttifaqına həvalə olunub. Nazim Süleymanovun rəhbərlik etdiyi qurum bu gün top dalınca qaçan futbolçunun haqqını müdafiə edə bilər. Həmçinin hakimin də, jurnalistin də. Amma Veteranlar İttifaqının belə bir səlahiyyəti yoxdu. Qısası, bir-birinə aidiyyatı olmayan qurumlardı. Hər qurumun öz funksiyası, hər adamın öz səlahiyyəti var. Kim necə başa düşür, düşsün. Mən burda qəbahət görmürəm. Dediyim kimi, özüm hər iki quruma üzüvəm”.
Səməd Qurbanov: “Oqtayın rəhbərlik etdiyi qurum varsa, ikincini yaratmağın nə mənası vardı? Onsuz da həmişə veteranlara kömək edir, çətin vəziyyətlərində yanlarında olur. Veteranların hər birinə hörmətim var, ümid edirəm ki, eyni münasibəti onlar da mənə bəsləyirlər. Hamının xasiyyətini bilirəm. Həm də münaqişədən uzaq durmağı xoşlayıram. Ona görə də məsələnin dərininə getmək istəmirəm. Özüm “Neftçi” Veteran Birliyinin rəhbəriyəm. Hər klubda Veteran Birliyi olduğu kimi, bizdə də var. Və bütün klublardakı birliklər Veteranlar İttifaqına tabedi. Dolayı yolla mən də Veteranlar İttifaqının üzvü sayılıram”.
Maşallah Əhmədov: “Bilmirəm, nə deyim. Oqtay da mənə yaxındı, Nazim də. Hər ikisi ilə xoş münasibətim var. Amma yaxşı olardı ki, belə bir ideyası olanda bizimlə məsləhətləşəydi. Guya biz ona nə deyəcəkdik? Biz də öz fikrimizi bildirərdik, nələrisə müzakirə edərdik. Deyir ki, Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqıdı, orda hamı ola bilər. Mən bu fikirlə razı deyiləm. Futbol sözü varsa, orda ancaq futbolçular olmalıdı. Həkim, masajçı, sürücü, nə bilim, daha kimlər... Mən, Asif Əliyev, Ramiz Mirzəyev, Asim Xudiyev – bizimlə məsləhətləşərdi, danışardı”.
HƏBİB

Son xəbərlər

Krivotsyukun komandasından növbəti qələbə

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Bütün xəbərlər