Yeni mövsümə hazırlığı ölkə daxilində davam etdirən "Sabah" və "Zirə" yoxlama görüşündə üz-üzə gələcək. Adı çəkilən komandalar iyulun 6-da münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın məkanı və başlama saatı da artıq məlumdu. Belə ki, “Əlincə Arena”da keçiriləcək oyunun start fiti 18.30-da səslənəcək. “Qartallar”ın iyulun 13-də “Keşlə” ilə Zirə İdman Kompleksindəki görüşü isə 18.00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" iyulun 20-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.