Dünən "Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirdi. "Ağ-qaralar" "Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukrayna "Vorskla”sı ilə qarşılaşdı. Öncə onu qeyd edək ki, bu, flaqmanın 3-cü yoxlama matçı idi. Belə ki, Roberto Bordinin komandası ilk sınaq görüşündə “OİK-Xabarovsk”a (Rusiya) 3:1 hesabıyla qalib gəlmişdi. Ardınca Rumıniya “Politexnika İaşi”si ilə qarşılaşma güclü duman səbəbindən 11-ci dəqiqədə yarımçıq dayandırılmışdı.
"Vorskla” bizə tanış komandadı. Elə ötən payızda "Qarabağ"ın Avroliqadakı rəqiblərindən biri adı çəkilən Ukrayna klubu idi. "Köhlən atlar" rəqibə evdə uduzsa da (0:1), səfərdə eyni hesabla qalib gəldi. "Vorskla” ötən mövsüm ölkə çempionatında 7-ci yeri tutub.
Öncə "ağ-qaralar"ın heyətini diqqətinizə çatdıraq.
"Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 25. Kiril Petrov, 26. Ömər Buludov, 36. Mamadu Kane, 8. Emin Mahmudov (k), 28. Stiven Jozef-Monroz, 11. Vangelis Platellas, 10. Dario Frederiko, 19. Rauf Əliyev.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 33. Turan Vəlizadə, 37. Vüsal Əsgərov, 47. Əsgər Hüseynov, 80. İsmayıl Zülfüqarlı, 85. Şöhrət Yusifov.
“Vorskla” oyuna bu heyətlə başlayıb: Tkaçenko, Sakiv (Kane, 30), Çesnakov, Taraduda, Perduta, Sklyar, Qabelok, Belıy, Rebyonok, Şehiç, Vasin. İkinci hissədə isə poltavalılar heyəti büsbütün dəyişib: Reznik, Yakubu (Bıkov), baxışda olan oyunçu, Martinenko, Kane (Melniçuk, 60), Çelyadin, Petroviç, Kravçenko, Artur, Kozırenko, Kolomoyets.
Göründüyü kimi, Bordin optimal heyəti meydana buraxıb. Hər halda, bu, gözlənilən idi. Çünki "Vorskla" ilə duel son yoxlama matçı idi və baş məşqçi komandasının Avroliqa matçına nə dərəcədə hazır olduğunu görmək istəyirdi. Təbii, Baqali Dabo ilə Soni Mustivarın zədəsini hələ tam sağaltmadığı da məlumdu. Oyun tam izləməsək də, "Neftçi"nin saytında gedən onlayn-reportaj və videoicmal müəyyən təsəvvürlər formalaşdırır.
İlk dəqiqələrdən üstünlüyə yiyələnən rəqib 3-cü dəqiqədəhesabı açmağa yaxın olub. Ancaq Səlahət çətinliklə də olsa, topu kornerə çıxarıb. "Neftçi" bunun cavabını çox gecikdirməyib. Platellasın künc zərbəsindən havalandırdığı topu Rauf başla Stivenə ötürüb. Jozef-Monrozun başla zərbəsindən sonra "kürə" qapının üstündən keçib. 8-ci dəqiqədə isə hesab açılıb. Pavel Rebyonok cinahdan qurulan hücumu qolla tamamlayıb. Bir müddət qapılar qarşısında ciddi təhlükə yaşanmayıb. 22-ci dəqiqədə Platellas cərimə zərbəsindən topu Jozef-Monroza ötütüb, sonuncunun yaxın məsafədən vuruşunu qapıçı zərərsizləşdirib. Az sonra Raufun fərqlənməsinə qeyri-dəqiqlik mane olub. Ardınca Darionun cərimə meydançasının daxilindən vurduğu top az fərqlə qapının yanından keçib. "Ağ-qaralar"ın ardıcıl həmlələri, nəhayət, 29-cu dəqiqədə bəhrə verib. İki rəqibini geridə qoyan Federikonun ötürməsindən sonra Platellas "status-kvo"nu bərpa edib. Cəmi 4 dəqiqə sonra "Neftçi" yenidən Ukrayna təmsilçisini vəzalandırıb. Bu dəfə Dario özü "Vorskla"nın qapısına yol tapıb. Rəqibin cərimə meydanına daxil olan braziliyalı bir müdafiəçini aldadaraq. yaxın küncə dəqiq nişan alıb – 2:1. Bu həm də ilk yarıda sonuncu yaddaqalan epizod olub.
İkinci yarının əvvəlləri də sakit keçib. Bordin 57-ci dəqiqədə dörd dəyişikliyə əl atıb. Platellası Hacıyev, Federikonu Ələsgərov, Petrovu Mboc, Buludovu isə Axundov əvəzləyib. Bir saatın tamamında Stiven yenidən diqqət mərkəzinə düşüb. O, Rəhmanın ötürməsindən sonra topu qapının üstündən vurub. Çox keçmədən Namiqin fərqlənməsinə qapıçı imkan verməyib. 70-ci dəqiqədə isə italiyalı mütəxəssis Raufun əvəzinə meydana Zülfüqarlı buraxıb. Bordinin əvəzetmələri "bəhrə verib". Dəyişiklikdən cəmi 2 dəqiqə sonra künc zərbəsindən sonra Yevgeni Martinenko başla hesabda tarazlıq yaradıb. 83-cü dəqiqədə isə rəqibin təhlükəli hücumu zamanı əvvəlcə Səlahət, sonra qapı dirəyi "Neftçi"ni qoldan xilas edib. Ümumiyyətlə, son dəqiqələrdə "Vorskla" təzyiqi yetərincə artırıb. İki epizodda Səlahət yaxşı oynayıb. Bununla belə, 90+2-ci dəqiqədə ukraynalılar bir qədər mübahisəli penalti vurmaq hüququ qazanıb. Dmitri Kravçenko komandasına qələbə qazandıran qolu vurub. Beləcə "Neftçi" "Vorskla" ilə dueldən məğlub (2:3) ayrılıb. "Ağ-qaralar" bu gün vətənə qayıdır.
Voislav Stankoviç: "Yaxşı oynadıq. Düzgün verilməyən penaltidən uduzduq. Ona görə ki, qayda cərimə meydançasından kənarda pozulmuşdu. Amma bu futboldu, belə məqamlar olur. Müdafiə xəttində bəzi nüanslar var ki, üzərində işləməliyik. Çünki iki-üç əks-hücumun qarşısını kəsə bilmədik. Artıq Avroliqadakı ilk oyunumuza köklənməliyik”.
Dmitri Kravçenko: “Çətin idi. Görünürdü ki, bu uşaqlar (rəqibi nəzərdə tutur – red.) fiziki cəhətdən daha hazırlıqlıdı. Düşünmürəm ki, topla oyunda biz onlara hardasa uduzurduq. Yalnız “fizika”da üstün idilər. Ancaq bizdə toplanış yenicə başlayıb, düşünürəm ki, hələ forma yığacağıq. Bu oyunu yaxşı səviyyədə keçirdik”.
FARİZ

Son xəbərlər

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Yeni FIFA prezidenti bu tarixdə seçiləcək

Maldininin aqibəti müəyyənləşdi

"Sumqayıt" bu futbolçunu yola saldı, yerinə portuqaliyalı gətirir

Bütün xəbərlər