Kamran Vəliyev: “Çalışırıq ki, "Qarabağ" - "Partizani" görüşünə qədər qazonu yaxşı vəziyyətdə saxlayaq”
Adətən, avrokuboklar ərəfəsində AFFA-nın infrastruktur üzrə meneceri Kamran Vəliyevi axtarırıq. O, bizə stadionlarımızın durumu, görülən hazırlıq işləri ilə bağlı bir növ hesabat verir. Axı avrokubok təmsilçilərimizin əksəriyyəti ev oyunlarını AFFA-nın balansında olan arenalarda keçirir. Bu dəfə "Qarabağ" da "Dalğa Arena"ya sığınıb. Yalnız "Qəbələ" ilk rəqibini təmsil etdiyi bölgədə qəbul edəcək. Kamran bəylə ilk növbədə "Dalğa Arena"nın vəziyyətini müzakirə etdik: "Bildiyiniz kimi, "Qarabağ" Çempionlar Liqasında ilk ev oyununu "Dalğa Arena"da keçirəcək. Qrafikimizi buna uyğun qurmuşuq. Çalışırıq ki, ora əlavə oyunlar, məşqlər salmayaq və beləliklə, "Qarabağ" - "Partizani" görüşünə qədər qazonu yaxşı vəziyyətdə saxlayaq. Ot örtüyü ilə bağlı problemimiz yoxdu. Stadion həmişə olduğu kimi, oyuna hazırdı. Müəyyən xırda işlər var ki, onlar da matça qədər görüləcək".
İyulun əvvəlində hakimlər Mərdəkanda toplanış keçirəcəklər. Onların sərəncamına əsas, yoxsa köməkçi meydanlardan hansısa veriləcək? Vəliyevin bu suala cavabı: "Düzdü, Hakimlər Komitəsi üç gün orda məskunlaşacaq. Ümumiyyətlə, Mərdəkanda ilboyu tədbirlər, toplanışlar olur. İndi bu dəqiqə də orda toplanış var. Bu, problem yaratmır. Çünki biz onları növbələşdiririk. Mərdəkanda iki təbii, bir süni məşq meydanımız var. Buna görə də onların "Dalğa Arena"dan istifadə etməsinə ehtiyac qalmır”.
Kamran bəy "Qarabağ" mərhələ keçəcəyi halda növbəti ev oyununu da Mərdəkanda keçirəcəyini istisna etmədi. Üstəlik, Ağdam təmsilçisinin niyə Bakı Olimpiya Stadionunun və ya başqa arenaların xidmətindən yararlanmamasına da münasibət bildirdi: "Mümkündü ki, təmsilçimiz növbəti ev oyununu da "Dalğa Arena"da keçirsin. Bu ehtimalı da nəzərə almışıq və anlaşmaya əməl ediləcək. O ki qaldı "Qarabağ"ın, eləcə də başqa təmsilçilərimizin Bakı Olimpiya Stadionuna üz tutmamasına, açığı, dəqiq səbəbini bilmirəm. Bu festivalla bağlı deyil, çünki BOS-da həmin yarışla bağlı geniş tədbir nəzərdə tutulmur. Böyük ehtimalla klublar azarkeş amilini nəzərə alaraq, ilkin mərhələdə kompakt stadionlarda oynamağa qərar veriblər. "Bakcell Arena"nın durumu da qaydasındadı. Bu yaxınlarda millimiz orda iki oyun keçirdi. Ot örtüyü yaxşı vəziyyətdədi. İnfrastrukturu da qaydasındadı. Ümumiyyətlə, AFFA tərəfindən inşa olunan üç stadionun heç birində - "Dalğa Arena", "Bakcell Arena" və "Bayıl Arena"da problem yoxdu".
Fürsətdən istifadə edib Rumıniya mətbuatında yer alan bir xəbərə də aydınlıq gətirdik. Məsələ burasındadı ki, bu ölkədən olan həmkarlarımız, konkret "Digi Sport" nəşri "Səbail" - "Universitatya" qarşılaşmasının "Bayıl Arena"da yox, BOS-da keçirilə biləcəyini iddia edib. AFFA rəsmisi bu barədə belə dedi: "Səbail" avrokubok oyunları üçün "Bayıl Arena"nı sifariş edib. Məlum olduğu kimi, Bayılda örtük sünidi. Belə stadionlar üçün sertifikat tələb olunur. Sertifikat FİFA-nın lisenziya verdiyi şirkətlər tərəfindən təqdim olunmalıdı. Artıq arena bu həftə sertifikatlaşdırmadan keçib. Daha doğrusu, iyunun 25-də əcnəbi mütəxəssislər gəlmişdilər, yoxlama apardılar və getdilər. Hazırda onların cavabını gözləyirik. Ot örtüyü sertifikasiyadan uğurla keçəcəyi təqdirdə oyunlar "Bayıl Arena"da baş tutacaq. Oyunun Olimpiya stadionunda keçiriləcəyi ilə bağlı müzakirələrdən mənim xəbərim yoxdu".
MİRAĞA

Son xəbərlər

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Yeni FIFA prezidenti bu tarixdə seçiləcək

Maldininin aqibəti müəyyənləşdi

"Sumqayıt" bu futbolçunu yola saldı, yerinə portuqaliyalı gətirir

Bütün xəbərlər