Sizin reklam burada

AFFA hakimləri Mərdəkana aparır

Baxış Sayı:390


Hakimlərin təlim-məşq toplanışı başlayır. Amma söhbət premyer-liqa yox, futzal və çimrəlik futbolu hakimlərindən gedir. Belə ki, onlar iyulun 1-dən 3-dək Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcəklər. Hakimlər Komitəsinin təqdim etdiyi toplanış proqramına 21 hakim dəvət olunub. Ancaq aralarında əsas hakimlərdən bir neçəsi yoxdu. Konkret çimərlik üzrə FİFA hakimlərindən heç biri - nə İnqilab Məmmədov, nə Əli Cəbrayılov, nə də Sədaqət Vəliyeva toplanışda iştirak edəcək. Futzal hakimlərindən də “qələmi qırılan” Yusif Nurullayev hazırlığa dəvət olunmayıb.
Təlim-məşq toplanışına Hakimlər Komitəsinin sədri Frits Stuxlik rəhbərlik edəcək. Komitənin üzvü Elçin Məmmədov, eləcə də fitnes məşqçiləri Namiq Quliyev və Rüstəm Rüstəmli üçgünlük toplanışda hakimlərlə birgə olacaqlar. Toplanışa dəvət olunan hakimlərin siyahısı isə belədi:
Elvin Ağayev
Vüsal Balaşov
İsgəndər Əliyev
Azər Əsgərov
Anar Fərəcov
Fuad Həsənov
Rahin Heybətov
Azad Hüseynov
Mehman Mahmudov
Ramiz Məhərrəmov
Kənan Məlikov
Mahir Məmmədov
Elman Musayev
Vaqif Musayev
Ramil Namazov
Maya Nəbiyeva
Ziya Nəsirov
Hikmət Qafarlı
Elmir Quluzadə
Nahid Xasıyev
Nail Nağıyev

Oxşar xəbərlər
SON XƏBƏRLƏR