İyunun 18-dən Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” yoldaşlıq görüşlərinə ara vermir. Bakıda “Səbail”lə üz-üzə gələn və 3:1 hesabı ilə qələbə qazanan “köhlən atlar” iyunun 22-də “Ludoqorets”ə boyun əymişdi – 0:2.
Ağdamlıların budəfəki rəqibi “Universitatya” olub. “Səbail”in Avroliqadakı rəqibi ilə matç öncədən razılaşdırıldığı kimi, iyunun 25-i, Bakı vaxtı ilə saat 20.00-da başlayıb.
Qurban Qurbanovun rumınlarla oyun üçün güvəndiyi “11-lik” belə olub: Vaqner da Silva, Elvin Cəfərquliyev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Miçel, Riçard Almeyda, Abdulla Zubir, Filip Ozobiç, Dani Kintana, Mahir Əmrəli.
İkinci hissənin gedişində digər futbolçular – Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Rahil Məmmədov, Qara Qarayev, Simeon Slavçev, Musa Qurbanlı, Toral Bayramov, Araz Abdullayev və İsmayıl İbrahimli özlərini göstərmək şansı qazansalar da, bir neçə gün öncə kollektivə qoşulan Xayme Romero ilə Hacıağa Hacılı qarşılaşmanı kənardan izləyib. Səbəb ispan futbolçunun indiki fiziki durumunun meydana çıxmağa imkan verməməsidi. Çox güman, “Ufa”yla oyunun sonlarında baş məşqçi ona şans verəcək. Hacıağanın isə mikrozədəsi var.
Qarşılaşmaya gəlincə, 90 dəqiqə ərzində hər iki tərəfin qol imkanları olub. Ağdamlılar xüsusilə ikinci hissədə daha fəal təsir bağışlayıb, qol fürsətlərini sıralasa da, rəqib qapısının torunu silkələyən tapılmayıb. Nəticədə görüş qolsuz bərabərliklə bitib. “Qarabağ”ın Avstriyadakı ardıcıl ikinci matçda qol vura bilməməsi təəssüf doğurur. Ümid edək ki, Qurbanov bu çatışmazlığa bir əlac tapacaq.
Oyundan sonra Qurban Qurbanov klub saytına qısa açıqlama verib: “Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol vəziyyəti yaratdıq. 3 gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan-oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi".
Çempion növbəti sınaq matçına bu gün çıxacaq. Rəqib isə Rusiya premyer-liqa təmsilçısı “Ufa” olacaq. Oyunun Bakı vaxtı ilə saat 19.00-da başlaması və “Qarabağ”ın “yutub” kanalı vasitəsi ilə canlı yayınlanması nəzərdə tutulub. Maraq üçün qeyd edək ki, “Ufa”da həmyerlimiz Azər Əliyev çıxış edir.
HƏBİB

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər