Orxan Əliyev “Qəbələ”yə lazım olmadı
Yeni transfer kollektivdən ayrı məşq edir
Hazırlığın birinci mərhələsini doğma bölgədə davam etdirən “Qəbələ” bazar günü ikitərəfli oyun keçirib. Bu haqda məlumatı “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovdan aldıq: “İyunun 17-dən hazırlığa start vermişik. Dünən (sragagün) komanda öz arasında ikitərəfli oyun keçirdi. Matç 1:1 hesabı ilə başa çatdı. Hazırda düşərgədə 22 futbolçu var. Oyun başa çatdıqdan sonra baxışda olan Orxan Əliyevi yola saldıq. Pis təsir bağışlamasa da, akademiyanın yetirmələrindən o qədər də fərqlənmədiyindən öz yetirmələrimizə güvənməyi lazım bildim. Komandaya yeni qoşulan Fernan Ferreyra Lopes ikitərəfli oyunda iştirak etmədi. O hələ hazır olmadığından fərdi məşqlərlə kifayətlənir. Bu gün (dünən) futbolçulara istirahət vermişəm. Sabahdan məşqləri bərpa edəcəyik. İyunun 28-də Bakıya gəlib, ertəsi “Zirə” ilə yoxlama görüşünə çıxacağıq. Onlarla oyundan sonra Bakıda qalıb Türkiyəyə yollanana qədər məşqləri paytaxta edəcəyik. İyulun 4-də isə toplanışın ikinci mərhələsi üçün qardaş ölkəyə yola düşəcəyik. Ümumilikdə Qəbələdəki hazırlıq dönəmindən narazılığım yoxdu. Özünüz də bilirsiz ki, kollektivin əsasını gənclər təşkil edir. Anar Nəzirov, Rasim Ramaldanov, Kamal Mirzəyev, Sadiq Quliyev, Bəhlul Mustafazadə, Amin Seydiyev, Yusif Nəbiyev, Ülvi İsgəndərli, Qismət Alıyev, David Volkov kimi premyer-liqa təcrübəsi olan oyunçularımız da var. Yaxın günlərdə yeni legionerlərin də komandaya qoşulacağı gözlənilir”.
Bildiyiniz kimi, şimallılar Avropa Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. “Qəbələ”nin rəqibi isə böyük ehtimalla Tiflis “Dinamo”su olacaq. Bunun üçün gürcülər birinci təsnifat mərhələsində “La Fiorita” (San Marino) – “Enqordani” (Andorra) cütünün qalibini mübarizədən kənarlaşdırmalıdı. 39 yaşlı mütəxəssislə söhbətdə bu mövzuya da toxunduq: “Məlum səbəbdən püşkatmadan sonra əksəriyyət Tiflis “Dinamo”sunu favorit kimi göstərir. “Dinamo” köklü klubdu. Bir neçə il öncə onlarla qitəmiqyaslı tunirdə yolumuz kəsişdiyindən az-çox məlumatım var. Çalışacağıq ki, iyulun 25-dək optimal formanı yığaq. Rəqibin son oyunlarını izləyirik və özümüz üçün müəyyən təhlillər aparırıq. Ümid edirəm ki, azarkeşlərimizi sevindirməyə gücümüz çatacaq”.
RƏŞAD

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər