Sizin reklam burada

“Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı

Baxış Sayı:406

“Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı
Hənifəyev: “Ümid edirəm ki, Kişinyov səfərində 50-80 azarkeş iştirak etmək istəyəcək”
“Neftçi”nin Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində “Sperantsa” ilə ilk oyunu səfərdə keçirəcəyini bilirsiz. Belə ki, iyulun 11-dəki qarşılaşma Moldovada baş tutacaq. Hər nə qədər “ağ-qaralar” favorit sayılsa da, rəqib meydanında da bakılılara azarkeş dəstəyi lazımdı. Hadisələrin axarı onu göstərir ki, flaqman səfər matçında tək qalmayacaq. Çünki artıq Moldovaya getmək istəynlər var.
Püşk atılandan dərhal sonra “Neftçi”nin stajlı azarkeşlərindən Kənan Hənifəyev “feysbuk” profilində maraqlı elanla diqqəti çəkdi. O, “ağ-qaralar”ın səfər oyunu üçün “matç-tur” təşkil edə biləcəyini açıqladı. Hənifəyevin bu sahədə çalışdığını da qeyd edək. Elə həmin gün 30-a yaxın futbolsevər müsbət rəy yazmaqla getmək istədiyini bildirdi. Özü də Kənan bəy bu turda iştirak edənlərə növbəti mərhələ üçün endirimli səfər də təklif edib. Məlum olduğu kimi, “Neftçi” “Sperantsa”nı keçsə, Avroliqanın 2-ci təsnifat mərhələsində “Arsenal”la (Rusiya) qarşlaşacaq. Bu baş verərsə, Kişinyova gedəcək azarkeşlər Tula səfərində 20 faiz endirim əldə edəcək.
Odu ki, bütün bunlarla bağlı dünən Kənan bəylə əlaqə saxlamağı lazım bildik. Həmçinin turun detalları haqda informasiya əldə etdik: “Neftçi”nin Moldova təmsilçisiylə qarşılaşması ilə bağlı Kişinyov səfəri üçün bir test etdim ki, görüm getmək istəyində olan nə qədər futbol azarkeşimiz var? Müsbət qarşılayan təxminən 40-a yaxın fanat oldu. Real olaraq isə tanıdığım 20-yə yaxın azarkeş getmək istəyir. Avtobusla gediləcək tur üçün proqram hazırladım. Bir nəfər üçün hardasa 150-160 dollar olmaq şərti ilə qiymət formalaşdı. Bura gediş-gəliş və Kişinyovda bir gecə qalmaq daxildi. Hazırda tam olaraq “məhsulu piştaxtaya çıxarmamışıq” və dost-tanışlara xəbər edirik. Təxminən 20-25 nəfər həqiqi müraciət olsa, qrup turunu araya-ərsəyə gətirib, daha geniş şəkildə təbliğatını apara bilərik. Bildiyiniz kimi, səfər 3 ölkədən keçməklə reallaşacaq. Dayanmlar və sərhəd yoxlamaları ilə birgə maksimum 36-40 saat civarında vaxt edir. Əlavə qidalanma tura daxil deyil. Stadiona giriş üçün də azarkeşləri biletlə təmin etməyə çalışacağıq. Onsuz da biletlərin qiyməti elə də yüksək deyil. Komfortlu, kondisionerli nəqliyyat vasitəsi nəzərdə tutulub. Azarkeşlər üçulduzlu oteldə gecələyəcək, 2, 3 və 4 nəfər yerləşmə üzrə otaqlar olacaq. Həmçinin qrupdakı saydan asılı olaraq xidmətlərdə dəyişikliklər etmək mümkündü. Ümid edirəm ki, Kişinyov səfərində 50-80 azarkeş iştirak etmək istəyəcək. İnşallah, mərhələni keçsək, Rusiya səfəri üçün öncədən təşkilatlanlanmağı düşünürük və yaxın günlərdə lazımi hazırlığı görəcəyik. Tula səfərinin detalları ilk növbədə komandaların hansı stadionda qarşılaşacağından asılıdı. Qiymətlər haqda indidən nəsə demək olmur. Hesablamaq lazımdı. Hər halda, Kişinyov səfərindən baha olmayacağını düşünürəm”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR