İranın güclülər dəstəsində mübarizə aparan “Traktorsazi” klubunun adı dəyişdirilib. Cənubi Azərbaycanın fəxri bundan sonra “Traktor” adlanacaq. Bu haqda Təbriz təmsilçisinin rəsmi “tvitter” hesabı xəbər paylaşıb. Klubun əvvəlki adında olan fars mənşəli “sazi” sözü çıxarılıb. Amma İran rəsmi qaynaqlarında bu yöndə informasiyaya rast gəlmədik.
Qeyd edək ki, komandanın baş məqçi postu bir müddət öncə Türkiyənin ən tanınmış mütəxəssislərindən olan Mustafa Dənizliyə tapşırılıb.