Dünən Qazaxıstanın futbol çempionatında 15-ci turun oyunları keçirilib. Yığmamızın üzvü Emil Balayevin formasını geydiyi “Tobol” hesabat turunda “Okjetpes”i qəbul edib və inamlı qələbə qazanıb – 2:0. Bütün oyunu əvəzlənmədən keçirilən Emil, göründüyü kimi, qapısını toxunulmaz saxlayıb. Bu qələbə ilə xalını 35-ə çatdıran “Tobol” həm də “Astana”ya çatıb. “Astana”nın iki oyun artıq keçirdiyini nəzərə alsaq, faktiki Emilin komandası potensial liderdi.