Millimizin üzvü Eddi İsrafilov “Alkorkon”dan ayrıla bilər. Belə ki, 26 yaşlı futbolçu “Atletiko San-Luis”dən (Meksika) təklif alıb. Şimali Amerika təmsilçisi Eddi üçün ispanlara 500 min avro transfer məbləği ödəməyə hazır olduğu bildirilib. İsrafilovla mövsümün sonunda İngiltərə çempionşipində çıxış etmək hüququ qazanan "Luton"nun da maraqlandığı iddia edilir.
Qeyd edək ki, Eddinin ötən ilin yanvarından şərəfini qoruduğu "Alkorkon"la hələ 1 illik müqaviləsi var.