Sizin reklam burada

“Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu

Title
“Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu
AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku”nun final oyunu keçirilib. Masallı Olimpiya Kompleksində baş tutan qarşılaşmada Masallı şəhər 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbin və Ağdam rayon 18 saylı tam orta məktəbin komandaları qarşılaşıb. 5:0 hesabıyla qalib gələn masallılılar 2018/19 mövsümünün qalibi olublar. Qəbələ rayon 2 saylı tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Finaldan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin regional meneceri Elşad Fərzəliyev, Təhsil Nazirliyinin bölmə müdiri Hilal Salmanov və futbol veteranı Zaur Ramazanov təqdim ediblər. Qəbələ rayon 2 saylı tam orta məktəbin şagirdi Həsən Nəzərli turnirin ən yaxşı oyunçusu seçilib. Binəqədi rayon 126 saylı tam orta məktəbin komandasının üzvü Nurlan Qurbanov ən məhsuldar oyunçu olub. “Feyr-pley” mükafatına isə Ağdam rayon 18 saylı məktəbin şagirdi Günel Əliyeva layiq görülüb. Çempion komandaya kuboku İsgəndər Cavadovla Zaur Ramazanov təqdim edib.
Xatırladaq ki, “Coca-Cola Məktəbli Kuboku” 8 ildi keçirilir.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.