• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik?

Aktual

21-06-2019, 13:0

Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik?
“Neftçi” Bordindən asılıdı, “Qarabağ” problem görmür
Bu yay avrokuboklarda ölkəmizi təmsil edəcək klublar premyer-liqanın digər komandalarından fərqli təlim-məşq toplanışına daha erkən start verib. “4-lüy”ə daxil olan klublardan üçü - “Qarabağ”, “Neftçi” və “Səbail” artıq Bakını tərk edərək toplanış üçün müxtəlif ölkələrə üz tutublar. Yalnız “Qəbələ” hazırlığı vətəndə keçir ki, bu da başadüşüləndi. “Üçlük”dən fərqli ölkə kubokunun son qalibi qitəmiqayslı turnirə ikinci mərhələdən başlayacaq. Onu da xatırladaq ki, “köhlən atlar” toplanış üçün Avstriyaya, “ağ-qaralar” Türkiyəyə üz tutubsa, “dənizçilər” Bolqarıstanı özlərinə məskən seçiblər. Toplanış zamanı təmsilçilərimizin müxtəlif əcnəbi klublarla yoxlama görüşləri planlaşdırılıb. Məhz həmin qarşılaşmalarda məşqçilər koprusu rəhbərlik etdiyi komandanın beynəlxalq oyunlara nə dərəcədə hazır olduğunu üzə çıxaracaq. Mütəxəssislər oyunları texniki zonadan canlı izlədiklərindən özləri üçün müəyyən çıxarışlar edə bilirlər. Bəs həmin kollektivlərin azarkeşləri? Onların da haqqı çatır ki, könül verdikləri komandanın məsul sınaq ərəfəsində hansı durumda olduğunu bilsinlər. Bəs bunun üçün nə lazımdı? Əlbəttə, bu yerdə klub saytları yada düşür. Klubların mətbuat xidmətləri həmin yoxlama oyunlarından saytları vastəsilə canlı yayın təşkil edib azarkeşlərini sevindirə bilər. Elə idman mediasının nümayəndələri də həmin görüşləri izləməklə klublarımızın qitəmiqyaslı turnirlərə hazırlığını dəyərləndirmək imkanı qazanar.
Bəs klublar özləri bu işdə maraqlıdı, yayın təşkil olunacaq? Xatırladaq ki, dəfələrlə təmsilçilərimizin istər qış, istərsə də yay fasiləsində keçirdiyi yoxlama görüşlərindən belə yayınlar təşkil olunub. Qeyd etdiyimiz məsələ ilə bağlı avrokubok təmsilçilərimizin mətbuat katibləri ilə əlaqə saxladıq. Bu məqsədlə öncə “Qəbələ”nin sözçüsü Anar Hacıyevlə danışdıq: “Bu suala indidən dəqiq cavab verə bilməyəcəm. Çünki Türkiyəyə xüsusi texniki avadanlıq aparmaq fikrimiz yoxdu. Ancaq ola bilər ki, yayın təşkil edək. Hər şey yoxlama matçlarının keçiriləcəyi stadionun texniki imkanlarından asılıdı. Ordakı şəraitlə tanış olduqdan sonra sizə daha dolğun cavab verə bilərəm. Yayın təşkil etmək üçün bəzi variantlar var ki, onlardan da istifadə etmək mümkündü. Məsələn, ola bilər, rəqiblərimizdən hansısa yoxlama görüşünü öz saytı vasitəsi ilə yayınlayar və biz də qarşı tərəflə razılığa gəlib, onlardan görüntüləri götürə bilərik. Və ya özümüz sürətli internet olacağı halda bu işi görə bilərik. Bunu edə bilməsək belə, istənilən halda, Türkiyədə keçirəcəyimiz hər bir qarşılaşmanın qısa xülasəsini hazırlayıb saytımızda yerləşdirəcəyik”.
“Neftçi”nin mətbuat katibi Rüstəm Allahverdiyev isə yayın məsələsinin baş məşqçinin qərarından asılı olduğunu vurğuladı: “Komandamızın Türkiyədə keçirəcəyi yoxlama görüşlərini yayınlamaq üçün hər cür texniki imkanımız var. Ancaq bu məsələdə son qərar baş məşqçimiz Roberto Bordinə məxsusdu. O razılıq versə, bütün görüşləri saytımız vasitəsilə azarkeşlərin diqqətinə çatdıracağıq. Əks halda matçlarda yaşanan maraqlı epizodlardan hazırlanmış videoicmalı portalımızda görə biləcəksiz”.
“Səbail”in mətbuat katibi, hazırda komanda ilə birgə Bolqarıstanda olan Törə Əhmədova isə bunları dedi: “Ötən mövsüm komandamızın hazırlıq dönəmində keçirdiyi yoxlama görüşlərindən biri canlı yayınlanmışdı. Bildiyiniz kimi, onu da PFL həyata keçirmişdi. Qurumun əməkdaşları komandaların toplanış keçdiyi məkanlara ezam olunmuşdular. Bu il isə PFL-dən heç kim komanda ilə birgə ezam olunmayıb. Ona görə də bu sual hələ açıq qalıb. Əslində mən də istərdim ki, yoxlama görüşləri saytımız vasitəsilə canlı yayınlansın. Ancaq bunun üçün stadionların şəraiti ilə tanış olmalıyam. İlkin təəssürat bunun mümkün olmayacağından xəbər verir”.
Nurlan İbrahimov isə “Qarabağ”ın oyunlarından yayın təşkil etmək fikirlərinin olduğunu vurğuladı: “Həmişə olduğu kimi, çalışacağıq yoxlama görüşlərini canlı yayınlayaq. Xüsusi bir şey baş verməsə, tərəfdarlarımız həmin matçları saytımız vasitəsilə izləyəcəklər”.
RƏŞAD

Oxunub: 740
Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-05-2022, 18:0

“Qarabağ” üçün Avstriya, “Zirə” üçün Türkiyə, “Qəbələ” və “Neftçi” üçün...

Premyer-liqa

29-06-2018, 23:0

"Səbail" Bolqarıstanı Türkiyəyə dəyişdi

Ölkə futbolu

4-01-2019, 23:0

Beşi Bələyi, ikisi Laranı, biri Manavqatı seçib

Premyer-liqa

8-08-2018, 21:0

“Neftçi” zirvədə, “Keşlə” zirzəmidə

Premyer-liqa

27-11-2018, 17:0

“Sumqayıt” toplanış üçün seçimini etdi

Premyer-liqa

31-12-2020, 17:0

Klubların qış toplanışının cizgiləri bəllidi

Aktual
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ
Azərbaycan idmançıları 30-dan çox medal qazandılar
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Son xəbərlər
  • Dünən, 23:50
    Neymar yenidən bu mükafata sahib çıxdı
  • Dünən, 23:31
    “Ayntraxt”da ayrılıq
  • Dünən, 23:15
    “Sabah”dan böyükhesablı qələbə - VİDEO
  • Dünən, 22:45
    “Turan Tovuz”dan səfər qələbəsi - VİDEO
  • Dünən, 22:15
    Dünya çempionu “Yuventus”a lazım deyil?
  • Dünən, 21:51
    Bundesliqanın tarixinə düşdü
  • Dünən, 21:30
    Qriliş ilə Akeni arxada qoydu
  • Dünən, 21:15
    Premyer-liqanın ən baha 10 transferi
  • Dünən, 20:49
    Murad Musayev: "Regionlarda oynamaq çox çətindi"
  • Dünən, 20:30
    Şahin Diniyev: "Bu, gələcəyə nikbin baxmağa imkan verir"
  • Dünən, 20:05
    “Sabah” və “Turan Tovuz”dan qələbə - YENİLƏNİB
  • Dünən, 19:55
    Yanvarın ən baha 20 transferi - SİYAHI
  • Dünən, 19:30
    “Çelsi” MS-nin rekordunu yenilədi
  • Dünən, 19:11
    Qış “transfer pəncərəsi”ndən baxarkən… - TƏHLİL
  • Dünən, 18:43
    Şəhriyar Əliyevin karyerasında
  • Dünən, 18:10
    Azarkeş qrupu "Neftçi"nin təklifini qəbul etmir - AÇIQLAMA
  • Dünən, 17:50
    Məşqçi həbs olundu
  • Dünən, 17:39
    Vinisius 200-ə çatdı
  • Dünən, 17:26
    Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
  • Dünən, 17:13
    Premyer Liqa: “Sabah” və “Səbail” ilk “11-liy”i açıqlayıblar
  • Dünən, 17:00
    "Qəbələ" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 16:56
    "Təəssüflər olsun ki, hazırlaşdığımız planlarımız pozuldu" - Vüqar Əsgərli
  • Dünən, 16:35
    "Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inkişaf etmək çox çətindir" - Ayxan Abbasov
  • Dünən, 16:23
    Rekord görmək istəyən 92 min dollardan keçsin!
  • Dünən, 15:51
    Türkiyə Super Liqasının 3 oyunu təxirə salındı
  • Dünən, 15:34
    Avropa Kuboku: Azərbaycan sumoçuları 6 medalla 1-ci olublar
  • Dünən, 15:07
    UEFA-dan Türkiyəyə dəstək mesajı
  • Dünən, 14:52
    Hamı onun getməsini istəyir?
  • Dünən, 14:43
    AGİN narkomaniyaya qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb - VİDEO
  • Dünən, 14:26
    1-ci və 100-cü: “Kəpəz”ə qarşı
  • Dünən, 14:09
    "Şamaxı"-"Turan Tovuz" oyununda problem
  • Dünən, 13:55
    "Valensiya"nın 15 illik həsrəti
  • Dünən, 13:41
    Sponsorların olmaması bölgə təmsilçisinə mane olur - AÇIQLAMA
  • Dünən, 13:32
    Ulduzların oyunu üçün hər şey hazırdı
  • Dünən, 13:24
    Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ
Daha çox
Oxunub: 8 434
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Oxunub: 2 848
“Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
Oxunub: 2 699
“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL
Oxunub: 2 518
İspaniyalı futbolçu Azərbaycan klubuna təklif olundu
Oxunub: 757
"Şamaxı"-"Turan Tovuz" oyununda problem
Oxunub: 678
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə