“Zirə”nin yay təlim-məşq toplanışının detalları bəlli olub. Məlum olduğu kimi, “qartallar”ın hazırlığı iki mərhələdən ibarət olacaq. İlk mərhələ Bakıda, 21 iyun - 19 iyul tarixləri aralığında reallaşacaq. Qəsəbə təsmilçisi bu müddətdə 4 yoxlama oyunu keçirəcək. “Zirə” iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə hələ aydınlıq gəlməyib. Hazırlığın ikinci hissəsi isə Türkiyənin Bolu bölgəsində baş tutacaq. “Qartallar” iyulun 20-dən avqustun 4-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq. Qəsəbə təmsilçisi Türkiyədə də 4 yoxlama oyunu keçirməyi planlaşdırır. 23, 26, 30 iyul və 3 avqust tarixləri üçün rəqiblər hələ məlum deyil.