Dünən Qazaxıstan kubokunda ilk finalçı müəyyənləşib. Yığmamızın qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" "Kaysar"la cavab görüşündən məğlub ayrılaraq mübarizəni dayandırıb. Doğma meydanda rəqibinə 1:0 hesabıyla qalib gələn "Tobol" finala vəsiqəni son saniyələrdə əldən verib. Belə ki, "Kaysar" 90+6-cı dəqiqədə Tiqran Barseqyanın vurduğu qolla 3:1 hesabıyla qələbə qazanaraq finala yüksəlib. Hesabı da 16-cı dəqiqədə erməni futbolçu açıb. “Tobol” fərqi 88-ci dəqiqədə azaldıb. Emil Balayev oyunu əvəzlənmədən keçirib.