Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən
Ölkə klubları – xüsusən də avrokubok iştirakçıları – yavaş-yavaş “yay yuxusundan ayılmaqdadı”. Çempion “Qarabağ” ötən şənbə birsaatlıq oyunda “Səbail”i məğlub etməklə “dişlərini itilədisə”, ağdamlılarla sona qədər amansız çempionluq mübarizəsi aparan “Neftçi” bu gün ruslarla ötənilki haqq-hesabı çürütdü. Daha doğrusu, Tərlan Əhmədov dönəmində Türkiyədə “SKA-Xabarovsk”dan aldığı acı 1:8-lik məğlubiyyətin qısasını azacıq aldı. Ruslarla matçın texniki detalları...
Neftçi – SKA-Xabarovsk 3:1
Neftçi: 30. Aqil Məmmədov (12. Kamran İbrahimov, 46), 3. Mamadu Mboc (6. Voislav Stankoviç, 46), 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov (47. Əsgər Hüseynov, 61), 8. Emin Mahmudov (k), 11. Vangelis Platellas (80. İsmayıl Zülfüqarlı, 39), 17. Rəhman Hacıyev, 18. Tural Axundov (25. Kirill Petrov, 46), 19. Rauf Əliyev (33. Turan Vəlizadə, 61), 26. Ömər Buludov, 36. Mamadu Kone.
SKA-Xabarovsk: İqor Obuxov, baxışda olan oyunçu, Qriqori Trufanov, baxışda olan oyunçu, Nikolay Zaytsev, baxışda olan oyunçu (Aleksey Şalıqin, 69), İrakli Kvekveskiri (Vladislav Kamilov, 60), baxışda olan oyunçu (Leonid Vaşenko, 76), Ramazan Hacımuradov (Vladislav Nikiforov, 45), Artemiy Maleev (Vladislav Braqin, 60), Aleksandr Maksimenko (Roman Slepuxin, 76).
Qollar: Namiq Ələsgərov, 22. Rəhman Hacıyev, 28. Emin Mahmudov, 45 – Vladislav Kamilov, 75.
20 iyun. Türkiyə. “Hendek Atatürk” stadionu.
Xatırladaq ki, 2017/18 mövsümündə sonuncu yeri tutmaqla Rusiya elitası ilə vidalaşan xabarovsklular aşağı dəstədə son mövsümü 7-ci yerdə bitirib. Bakılıların inamlı qələbəsi azərbaycanlı azarkeşləri sevindirsə də, onu da nəzərə almaq lazımdı ki, Xabarovsk klubu mövsümlərarası fasilədə əsaslı dəyişikliyə məruz qalıb. Komandanı 18 futbolçu tərk edib və təxminən elə o qədəri də hazırda sınanır. Baş məşqçi Aleksey Poddubski heyətdə belə kütləvi yenilənməni ölkənin Avropa hissəsində “SKA-Xabarovsk” ilə eyni büdcəyə malik çoxlu klubun peyda olması ilə bağlayır. Əlbəttə, bu problemin “Neftçi”yə və ya bizə dəxli yoxdu. Əsas odu ki, “Neftçi” inamlı qələbə qazanmaqla azarkeşlərinə “Sperantsa” ilə duellər ərəfəsində ümid verdi. Qolların təsvirinə gəlincə, 22-ci dəqiqədə Namiq Ələsgərovun, 28-ci dəqiqədə Rəhman Hacıyev zərbəsi dəqiq alınıbsa, hissənin son dəqiqəsində Rauf Əliyevlə Namiq Ələsgərovun təşkil etdiyi hücumu Emin Mahmudov bitirib. 3:0-dan sonra nisbətən arxayınlaşan bakılıların qapısına 75-ci dəqiqədə künc zərbəsindən sonra “SKA-Xabarovsk”un debütantı Vladislav Kamilov yol tapıb.
ORXAN

Son xəbərlər

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

Bütün xəbərlər