Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər
“Onların davranışından belə başa düşürəm ki, ümumiyyətlə, satmaqda maraqlı deyillər”
“Neftçi” hazırda Tükiyədə - təlim-məşq toplanışındandı. Ancaq Mirabdulla Abbasov komandanın düşərgəsində deyil. Bu isə o deməkdi ki, hücumçu flaqmanda qalmayacaq. Əks halda, o, Avroliqaya hazırlaşan kollektivlə birgə olardı.
Məlum olduğu kimi, Mirabdullanın paytaxt klubundakı durumu qışdan sonra dəyişdi. Abbasov Canluka Sansonenin transferindən sonra əsas heyətdə yerini itirdi. Bu üzdən yığma üzvü mövsümün sonunda “ağ-qaralar”dan ayrılmaq qərarına gəldi. Düzdü, “Neftçi” Sansone ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi. Özü də bu, komanda qardaş ölkəyə yollanmamışdan öncə reallaşdı. Bununla belə, Sansone ilə vida da Mirabdullanı fikrindən daşındırmayıb. Əslində Canluka getdisə, əvəzində irəli xəttə üç oyunçu – Dario Federiko, Rauf Əliyev və Stiven Jozef-Monroz transfer edildi. Bu durumda Mirabdullanın əsas heyətə düşmək ehtimalı yenidən azalıb. Üstəlik, israrla getmək istəməsinə baxmayaraq, qalarsa, ona istər klubda, istərsə də baş məşqçi tərəfdindən münasibət heç də xoş olmayacaq. Bundan başqa, Abbasov, çox güman, rəqabətdə qalib gəlmək ehtimalını da saf-çürük edib. Və belə nəticəyə gəlib ki, heyətdə yerini möhkəmləndirməsi çətin məsələdi. Bu yaşda gününü ehtiyatda keçirməsi isə futbolçu karyerasına böyük zərbə olar.
Yadınızdadısa, bir müddət öncə futbolçunun agenti Tural Əsgərov qəzetimizə açıqlama vermişdi. O, durumu belə izah etmişdi: “Mirabdullanın “Neftçi”ni tərk edəcəyi böyük ölçüdə dəqiqdi. Düzdü, klubla müqaviləsi var. Amma müqavilədə göstərilib ki, Abbasov 100 min manat ödəməklə azad agent statusuna malik ola bilər. Həmin pulu da öz cibindən ödəyib sərbəst olacaq. Sadəcə, hazırda yığmanın düşərgəsindədi deyə, bütün fikrini ora cəmləyib. Ona görə də hələ “Neftçi” mövzusuna toxunmuruq. Millinin oyunlarından sonra bu məsələyə qayıdacağıq”.
Artıq yığmanın toplanışı başa çatdığı üçün yenidən Tural bəylə əlaqə saxlamaq qərarına gəldik. Görəsən, məsələ hazırda nə yerdədi? Əsgərovu dinləyək: “Təəssüf ki, Mirabdullanın işi ilə bağlı konkret açıqlama verə bilməyəcəm. Həmin məsələ hələ müzakirə olunur. Onu deyə bilərəm ki, “Neftçi” müqavilədəki bəndə əməl edib Abbasovu buraxmaq istəmir. Bununla bağlı danışıqlar gedir. Bizim də qarşımızda iki yol var. Ya məhkəməyə müraciət edib, bu yolla məsələni çözməliyik. Bundan öncə isə çalışacağıq ki, danışıqlar yolu ilə problemi həll edək. İndi də Mirabdulla daha çox “Neftçi”dən getmək istəyindədi. Orda qalmaq niyyətində deyil. Amma yenə də danışıqlar olacaq. Sonucun necə olacağını deyə bilmərəm. Ola bilər, yaxın günlərdə bilinsin”.
Maraqlıdı, “Neftçi”nin konkret tələbi nədi? Klub futbolçunu daha artıq pula satmaq fikdindədi, yoxsa ümumiyyətlə, göndərmək istəmir? Tural bəy bunları dedi: “Bununla bağlı konkret bir şey demirlər, odu ki, yalançı olmaq istəmirəm. Ancaq onların davranışından belə başa düşürəm ki, ümumiyyətlə, satmaqda maraqlı deyillər. Baxmayaraq ki, özləri də onu kifayət qədər oynatmırlar. Hər “pəncərə”də Mirabdullanın alternativi olan bir, bəzən iki oyunçu alınır. Ancaq Abbasovu da buraxmaq niyyəti güdmürlər”.
FARİZ

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər