"Neftçi" gözlənilən transferi gerçəkləşdirdi
Qışda narazı ayrılan Federiko qayıtdı
Heyətini gücləndirməkdə davam edən "Neftçi" daha bir futbolçu ilə anlaşıb. Əslində Dario Federikonun "ağ-qaralar"la müqavilə başlayacağını xəbər vermişdik. Sadəcə, keçid rəsmiləşib. Braziliyalı futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi komandanın heyətində "10" nömrəli formanı geyəcək. Qeyd edək ki, Dario ötən mövsüm qış fasiləsinə qədər məhz "Neftçi”nin formasını geymiş, flaqmanın heyətində 17 oyunda 3 qol vurmuşdu. Qışda isə daha yaxşı maliyyə şərtləri təklif edən "Daequ”ya (Cənubi Koreya) üz tutdu. Lakin Koreya klubunda uğurlu karyera yaşamayan "sambaçı" Azərbaycana qayıtdı. Yeri gəlmişkən, Darionun daha çox maaşa getməsinə, "Neftçi"nin isə bu keçiddən pul qazanmasına baxmayaraq, qışdakı ayrılığın tərəflərdən heç biri üçün yaxşı nəticələnmədiyini vurğulamalıyıq. Flaqman çempionluq mübarizəsinin gedişində əsas heyət üzvünü itirdi və yekunda 2-ci yeri tutmasında bunun da təsiri oldu. Dario isə yarım mövsümlük uğursuz karyera yaşadı. O, Asiya klubunda cəmi 3 oyunda üst-üstə 69 dəqiqə oynayıb. Özü də Koreyaya getdikdən sonra Federikonun "ağ-qaralar"la bağlı verdiyi açıqlamalar heç də xoş deyildi. O, flaqmandan narazı qaldığını dəfələrlə dilə gətirmişdi. Bu üzdən tərəflərin yenidən işbirliyi qurması qəribədi.
Onu da bildirək ki, Dario Braziliyada "Flamenqo” (2012-14), "Fernandopolis” (2013), "Quaratinqeta” (2014), Portuqaliyada "Trofensi” (2014-15), ölkəmizdə "Kəpəz” (2015-18) və Cənubi Koreyada "Sonnam” (2017) kimi komandaların şərəfini qoruyub.
FARİZ

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər