Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu
Yeni yaradılan və Nazim Süleymanovun rəhbəri olduğu Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri bölgələrdə görüşlərini davam etdirirlər. Kaspi.az portalının yaydığı xəbərə görə, növbəti belə görüş Masallıda baş tutub. Toplantıda ittifaqının sədri Nazim Süleymanov, veteran futbolçular Səmədağa Şıxlarov, Samir Ələkbərov və rayonun futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Nazim bəyin verdiyi məlumata görə, Masallının futbol ictimaiyyətinə təşkilatın yaranma səbəbləri, məqsəd və məramı, gələcək fəaliyyəti ilə bağlı bilgi verilib: "Heç kimə sirr deyil ki, Azərbaycan futbolunda Masallının öz izi, dəsti-xətti var. Bu rayonun "Viləş” komandası futbolumuza xeyli istedadlı oyunçular bəxş edib. Çox təəssüf ki, "Viləş” fəaliyyətini dayandırdı. Ancaq o komandanın uğurlarında pay sahibi olan veteranları futbol sahəsindən silmək olmaz. Onların təcrübəsi, dünyagörüşü yeni futbolçu nəslinin yetişdirilməsi üçün olduqca vacib amildi. Həmin şəxslərlə görüşdə təşkilatın fəaliyyətini necə gördükləri ilə bağlı müzakirələr apardıq. Onların təkliflərini dinlədik”.
Süleymanov bildirib ki, belə veteranların potensialından istifadə etməliyik: "Çox təəssüf ki, bu gün həmin şəxslər futbol təsərrüfatından uzaq salınıblar. Hər hansı bir təşkilat da olmayıb ki, bu insanlar orda təmsil olunub sözlərini deyə bilsinlər, təkliflərini səsləndirsinlər. Bir sözlə, futbolumuzun inkişafı naminə bilik və bacarıqlarını sərf etsinlər. Masallıda çox səmərəli görüşümüz oldu. Futbol ictimaiyyətinin nümayəndələri həm təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildirdilər, həm də ümumilikdə Azərbaycan futbolunun durumu ilə bağlı müzakirələr apardılar, təkliflərini səsləndirdilər”.
Xatırladaq ki, Nazim Süleymanovun yeni yaratdığı təşkilatın nümayəndələrinin ilk səfəri Gəncəyə olmuşdu.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər