• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi

Yığma

14-06-2019, 22:0

Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi
“Bu nəticə ilə böyük şok keçirdim”
Matç başa çatandan sonra ənənəvi olaraq baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə media nümayəndələri qarşısına qonaqların baş məşqçisi Pavel Hapal çıxdı. 50 yaşlı mütəxəssis özünü nə qədər təvazökar aparmaq istəsə də, komandasının böyükhesablı qələbəsindən məmnun qaldığını istər-istəməz büruzə verirdi. Slovakların çalışdırıcısı sualları cavablamamış oyunla bağlı fikirlərini bölüşdü.
- Qol buraxmağımıza baxmayaraq, kifayət qədər şansımız oldu. Matçı 5 qolla tamamladıq. Ümumilikdə hər şeydən razı qaldım.
- Bu qədər zəif Azərbaycan yığması gözləyirdiz?
- Deməzdim ki, zəif komandaya qarşı oynadıq. Sadəcə, bizim performansımız çox yüksək idi. Rəqibə istədiyini etməyə imkanı vermədik. İordaniya ilə yoldaşlıq görüşündə də əsas oyunçulara istirahət vermişdik. Onlar bundan səmərəli yararlandılar.
- Robert Bojenikin hücumdakı çıxışından məmnun qaldız? Və Marek Hamşikin bu gün 2 qol vuraraq yığmada bombardirliyi ələ keçirməsi barədə nə deyə bilərsiz?
- Bojenikin hücum xəttində oynaması ideyası 2 gün əvvəl yaranmışdı. İki seçimimiz var idi. Biri o, digəri isə Duda idi. Biz bu gün Bojenikə üstünlük verdik. Hamşikə gəlincə, ona görə çox sevinirəm.
- Final mərhələsində qrupun 3 və 1/4 final mərhələsinin 1 oyunu Bakıda keçiriləcək. Slovakiyanın qrupdan çıxacağı real görünür. Final mərhələsinin oyunlarını paytaxtımızda keçirmək istərdiz?
- Əlbəttə. Qazanılan 3 xalla yanaşı, vurulan və buraxılan qollar da sonda rol oynaya bilər. Gəlmək istərdim. Bakı gözəl şəhərdi və böyük stadionu var. Bakı Olimpiya Stadionu kimi gözəl arenada oynamaq istərdik.
Qonaqların baş məşqçisinin ardından jurnalistlər qarşısına Nikola Yurçeviç çıxdı. Çoxları gözləyirdi ki, komandasının biabırçı çıxışdan sonra baş məşqçi əvvəlcə Azərbaycan xalqından üzr istəyəcək. Ancaq xorvat mütəxəssis heç nə olmayıbmış kimi, əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- Bu hesabdan sonra nəsə demək çətindi. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar. Oyuna yaxşı başladıq, bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin fərqlənməsindən sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin qol vurmaq imkanı oldu. Hesab 1:4 olduqda isə oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodu. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil.
- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsüz?
- 1:5 hesabından sonra belə məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişiklik etməyi düşünürdüm.
- Bu gün meydanda yalnız Ramil Şeydayev mübarizə apardı. Millinin heyətində cəmi bir futbolçu sarı vərəqə alırsa, orda hansı mübarizədən söhbət gedə bilər?
- Bu fikirlə razı deyiləm. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra fiziki və psixoloji cəhətdən rəqiblə oynamaq çətin idi.
- 5-ci qolda hansı hissləri keçirdiz və buna görə azarkeşlərdən üzr istəmək fikriniz var?
- Əlbəttə. 85-ci dəqiqədə 5-ci topu buraxdıq. Bu, mənim və komandam üçün böyük şok idi. Belə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.
- Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu dediz. Yəqin ki, üç gün əvvəl keçirilən Türkiyə - Fransa matçının nəticəsindən xəbəriniz var. Türklərin qalib gəldiyi oyunda məğlub komandanın şərəfini qoruyan Mbappenin transfer qiyməti Türkiyə yığmasında çıxış edən bütün futbolçuların transfer dəyərindən çoxdu. Meydanda nə avro, nə də dollar mübarizə aparır. Bu gün futbol olmadı. Azərbaycan yığması sonuncu dəfə öz meydanında 2007-ci ildə Serbiyaya böyük hesabla uduzmuşdu. 12 ildən sonra bizə eyni məyusluğu yaşatdığınıza görə xəcalət çəkirsiz?
- Bəli, utandırıcı nəticədi. Lobotkanın qiymətini, sadəcə, bir fakt kimi qeyd etdim. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərdən biri olmalıydı. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək.
- Məşqçi yox, bir azarkeş kimi yığmanın oyununu necə şərh edərdiz və evdə bu hesabla uduzduqsa, belə çıxır ki, bizi səfər matçlarında bundan da ağır məğlubiyyətlər gözləyir?
- Bu nəticə ilə böyük şok keçirdim. Hər kəsi başa düşürəm. Futbolda böyük rəqiblərə qarşı oynadıqda yaxşı nəticə qazanmaq üçün xüsusi gün olmalıdı. Futbol situasiyalı oyundu. Sağa və ya sola doğru verilən bir qərar nəticəni dəyişə bilir. Bəzi kiçik nüanslar oyunun taleyinə təsir edə bilir.
- Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduq. Hərçənd bu dəfə məntiqi ardıcıllıq pozuldu. Növbəti görüşdə 1:6 hesabı ola bilərmi?
- Növbəti oyunda daha yaxşı olacağımıza və böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyimizə inanıram.
- İndiyə qədər bura gələn əcnəbi məşqçilər bir neçə ildən sonra daha uğurlu nəticələrin olacağını deyib. 3 oyunda 10 top buraxan milli komandanın yaxşı olması üçün nə qədər vaxta ehtiyacı var?
- Bugünkü məğlubiyyətdən sonra bu suala cavab vermək çətindi. Bu gün uğursuz nəticə oldu. Amma inanıram ki, komandamız daha yaxşı çıxış edə bilər. İndi geniş təhlilə dəyməz.
RƏŞAD

Oxunub: 920
Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

9-04-2019, 17:0

Sənan Qurbanov öz işindən razı deyil

Yığma

30-03-2018, 23:0

Kriuşenko və yetirməsi məmnundu

Ölkə futbolu

5-10-2018, 20:0

Qurbanov: “Azarkeşlər möhtəşəm idi”

Ölkə futbolu

10-09-2018, 13:0

Qurban Qurbanov: “Bundan da yaxşısına qadirik”

Dünya futbolu

13-10-2021, 00:0

"Komandamdan məmnun qaldım" - İqor Bişcan

Aktual
“Bir məqama da üzülürəm ki, Gənclər və İdman Nazirliyi "ilin ən yaxşı komandası" siyahısına qız futbolçularımızı salmayıb”
“Mən hətta deyərdim ki, Lambrextsin bizə qismən xeyri də dəydi”
“Arpaçay”dan başqa hamısı turnirə qoşulmaqdan imtina etdi” – Naxçıvandan bəd xəbər
Mahir Şükürovla Vaqif Cavadov “İnter”ə “yox” dedi
Norveç mətbuatı: “Bəhlulun nəhəng bombası bütün şansları yandırdı”
“Molde” hörmətəlayiq xarakter göstərdi”
Son xəbərlər
  • Dünən, 23:51
    “Neftçi”nin baş məşqçisi: “Klublar uşaq məşqçilərinə daha çox dəstək olmalıdılar” - LAYİHƏ
  • Dünən, 23:30
    "Səbail-2"dən səfər qələbəsi - YENİLƏNİB
  • Dünən, 23:20
    Ramil oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:50
    “Qəbələ”nin futbolçusunun durumuna aydınlıq gəldi
  • Dünən, 22:20
    “Komandada oynayan təkcə Emin deyil”
  • Dünən, 21:51
    “Komandamın inkişafı məni sevindirir”
  • Dünən, 21:21
    “Əsas mənim yox, baş məşqçimizin yeni transferlərdən razı qalmasıdı” – kamerunlu gətirdi, belə dedi
  • Dünən, 20:50
    “Bəzi məsələlərdə irəliləyiş var”
  • Dünən, 20:21
    “Hakimlik dəyişsə, bir sarı da almayacam”
  • Dünən, 19:50
    Rusiya yığması üçün növbəti qadağa
  • Dünən, 19:20
    Bundestim dünya çempionu oldu
  • Dünən, 18:59
    “Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 18:30
    Cüdoçumuzdan bürünc medal
  • Dünən, 18:20
    Yığmaya çağrılmamasını anlaya bimir
  • Dünən, 17:50
    PSJ braziliyalı futbolçunu hədəfə alıb
  • Dünən, 17:20
    Dünya çempionu artıq “Liverpul”a lazım deyil
  • Dünən, 16:50
    "Neftçi" - "Zirə" qarşılaşmasında qəsəbə təmsilçisinin qalib gəlməsində maraqlıyam” – olimpiya çempionundan izahat
  • Dünən, 16:30
    “Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Xankəndidə yaxşı oyun sərgiləyək"
  • Dünən, 16:10
    “Bir məqama da üzülürəm ki, Gənclər və İdman Nazirliyi "ilin ən yaxşı komandası" siyahısına qız futbolçularımızı salmayıb”
  • Dünən, 15:50
    Klyuvert Şahruddinə yenə şans verdi, o isə...
  • Dünən, 15:20
    Püşkatma hara, erotik səslər hara?
  • Dünən, 14:50
    Montella Türkiyənin qrupu haqda nə dedi?
  • Dünən, 14:20
    Türkiyə AÇ-nin qrupunda hansı stadionlarda oynayacaq?
  • Dünən, 13:51
    "Həyatda qalmaq şansı 20 faiz idi, çox qan itirmişdi"
  • Dünən, 13:21
    “Meydanda bir-birimizi daha yaxşı başa düşməyi öyrənməliyik” – qələbəyə həsrət məşqçi
  • Dünən, 12:50
    “Bəzi meydanlarımız oynamaq üçün əlverişli deyil” – baş katiblə görüşdü, təəssüratını bölüşdü
  • Dünən, 11:50
    Klubu onu qorumağa çalışacaq
  • Dünən, 11:20
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Dünən, 10:20
    Çempionlar Liqasında hamını qabaqladı
  • 2-12-2023, 23:0
    "U-19 və U-21-in perspektivli oyunçularını komandamızda görmək istəyirik" - Ayxan Abbasov
  • 2-12-2023, 23:0
    AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
  • 2-12-2023, 22:0
    “Mən hətta deyərdim ki, Lambrextsin bizə qismən xeyri də dəydi”
  • 2-12-2023, 22:0
    Adrin Mutu baş məşqçi kimi uğurlu deyil - AÇIQLAMA
  • 2-12-2023, 22:0
    "Rotasiyalar edə bilmirik" - Mübariz Orucov
  • 2-12-2023, 21:0
    3 ay “istirahət edəcək”
Daha çox
Oxunub: 6 870
“Sən demə, Azərbaycanı təmsil edən bir klub qrup mərhələsində azı 13 xal yığmalıdı…”
Oxunub: 5 035
Şahruddin "Adana Dəmirspor"dan ayrılır? - "Hadisələrin axarının belə olacağı əvvəlcədən bəlliydi"
Oxunub: 4 326
“Problemlərin çarəsi mənəm” - Milan Obradoviç millimizi çalışdırmaq istəyir
Oxunub: 3 233
Yığmanın sabiq məşqçilərinin İşçi Qrupla bağlı fikirləri haçalandı
Oxunub: 3 112
Musa Qurbanlı “Yurqorden”dən ayrılacaq? – meneceri açıqladı
Oxunub: 2 622
"Neftçi" Anderson və Mutunun bəyənmədiyi futbolçu ilə vidalaşır
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə